Həzrət Əliyən-Nəqi İmam Hadi əleyhissəlamın təvəllüdü

16 April 2024

15:55

۳۵۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il zul-hiccə ayının 15-i, miladi 2021-ci il iyul ayının 26-ı imamət və vilayət səmasının onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət imam Hadi əleyhissəlamın mövludu
Hicri-qəməri 1442-ci il zul-hiccə ayının 15-i, miladi 2021-ci il iyul ayının 26-ı imamət və vilayət səmasının onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu əziz, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama, xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara, məxsusən Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın və mübarək olsun deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların müqəddəs Qurana, həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və Əhli-beytinə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib etsin, inşa Allah.
Həzrət imam Hadi əleyhissəlam 212-ci və ya 214-cü hicri- qəməri  ilinin belə bir günündə müqəddəs Mədinə şəhərinin yaxınlığında dünyaya göz açmışdır. Həzrətin təvəllüdü ilə bağlı digər bir neçə nəzəriyyə də qeyd olunubdur, lakin məşhur nəzərə müvafiq nəzər budur ki, Həzrət zil-hiccə ayının 15-də dünyaya gəlmişdir.

Həzrətin adı Əli, əziz atasının adı Muhəmməd (imam Cavad) əleyhissəlam, mehriban anasının adı isə həzrət Səmanə olmuşdur ki, xalq arasında Ummul-Fəzl adı ilə tanınmışdır.

Həzrət imam Əliyyən Nəqi əleyhissəlamın kunyəsi üçüncü Əbul-Həsən, məşhur ləqəbləri isə Nəcib, Murtəza, Hadi, Nəqi, Alim, Fəqih, Əmin, Mötəmin, Təyyib, Əskəri, Fəqihe Əskəri və İbnur-Riza (əleyhissəlam) olmuşdur.[1]

Sevinc və fərəh gətirən bu günün münasibəti ilə həzrət imam Hadi əleyhissəlamın dürəfşan kəlamlarında birini əziz möminlərə təqdim edirik.

Həzrət imam Əli ibn Muhəmməd Hadi (əleyhiməssəlam) buyurur:
مَن هانَت عَلَیهِ نَفسُهُ فَلا تَأمَن شَرَّه
"Öz dəyər və şəxsiyyətini itirmiş şəxsin şərrindən və ziyanından xatircəm olma"[2]


Mənbə:

[1] “Mənaqibu İbn Şəhri Aşub”, 4-cü cild, səh. 432

[2] Mizanul-hikmət, cild-3, səh. 44

İltimas dua





Etiketlər :

Həzrət imam Hadi əleyhissəlamın mövludu