Məhərrəm ayı

25 November 2024

10:29

۳۷۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü ilin məhərrəm ayı gəlib çatdı. Cahillik dövründə bu ayın hörməti qorunub riayət olunardı. Lakin özlərini müsəlman adlandıran bir dəstə yırtıcı, qan tökülməsi haram olan bu ayda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, Əmirəl-möminin və Siddiqeyi Kubranın (əleyhiməssəlam) gözlərinin nuru Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamı susuz səhrada ən yaxın və əziz insanları ilə birgə vəhşicəsinə qətlə yetirmişlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Məhərrəm ayının gəlişi

Hicri-qəməri 1443-cü ilin məhərrəm ayı gəlib çatdı. Cahillik dövründə bu ayın hörməti qorunub riayət olunardı. Lakin özlərini müsəlman adlandıran bir dəstə yırtıcı, qan tökülməsi haram olan bu ayda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, Əmirəl-möminin və Siddiqeyi Kubranın (əleyhiməssəlam) gözlərinin nuru Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamı susuz səhrada ən yaxın və əziz insanları ilə birgə vəhşicəsinə qətlə yetirmişlər.

Şübhəsiz, bütün varlığını Allaha əta edən, Allah yolunda ixlasla öz Əhli-beyti və övladlarından keçən imam Huseyn əleyhissəlam ən əzəmətli İlahi nişanələrdəndir və o Həzrətin xatirəsi ilə bərpa edilən əza məclisləri də İlahi nişanələrə hörmət və izzətlə yanaşmaq mənasınadır.

Müqəddəs insanların vəfatında matəm saxlamaq, İlahi nişanələri əzəmətlə yad etmək və onlara hörmət bəsləməklə bərabər, o insanların izzət və şərəfini qorumaq, əqidələrini, yollarını, yaşayış tərzlərini, zəhmətlərini yaşatmaq deməkdir.

 Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:

» مَیِّتٌ لا بَواکِیَ عَلَیْهِ، لا إِعْزازَ لَهُ«

“Meyyitin ardınca ağlayanı olmasa, izzəti yoxdur”.[1]

Ona görə də, Məsum imamlarımız (əleyhimussəlam) buyururlar ki, xalqa xeyir və bərəkət yetirin ki, sizin vəfatınızda ağlayıb, sizi hörmətlə yad etsinlər. Həzrət Əli əleyhissəlam buyurur:

»خالِطُوا النّاسَ مُخالَطَةً إِن مِتُّمْ مَعَها بَکَوْا عَلَیْکُمْ وَ إِنْ عِشْتُمْ حَنُّوا إِلَیْکُم «

“Xalq ilə elə davranın ki, həyatda sizə eşq bağlasınlar və dünyadan getdikdə, sizin üçün göz yaşı töksünlər”.[2]




[1] Məsatul-Huseyn (a), səh. 118

[2] Nəhcul-bəlağə, qısa kəlamlar, 10


Etiketlər :

Məhərrəm ayının gəlişi