İslam dininin qorunub hifz olunması

25 April 2024

05:42

۳۴۱

Xəbərin xülasəsi :
Kərbəla hadisəsi bütün yaş qruplarının öyrənməsi üçün lazım olan dərslər və ibrətlər məktəbidir. Bu ali məktəbdə Məsum və kamal zirvəsinə ucalmış insanların həyat təcrübələri tədris olunur. Burada ibadət, əqidə, elm, mərifət, əxlaq, əməl və rəftar meydanlarında Allah-taaladan şərəf medalı almış nümunəvi və layiqli insanların təlim-tərbiyəsi öyrədilir
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
İslam dininin qorunub hifz olunması
Kərbəla hadisəsi bütün yaş qruplarının öyrənməsi üçün lazım olan dərslər və ibrətlər məktəbidir. Bu ali məktəbdə Məsum və kamal zirvəsinə ucalmış insanların həyat təcrübələri tədris olunur. Burada ibadət, əqidə, elm, mərifət, əxlaq, əməl və rəftar meydanlarında Allah-taaladan şərəf medalı almış nümunəvi və layiqli insanların təlim-tərbiyəsi öyrədilir. Bu məktəbin təsisçisi Allahın Özüdür. Allah-taala əziz Peyğəmbərinə (sallallahu əleyhi və alih) vəhy etdiyi Qurani-kərimin barəsində buyurur:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən və təğyirdən) qoruyub saxlayacağıq!”[1]

“Biz” – deyə, buyurduqda təbii ki, ilk növbədə Allahın Özü nəzərdə tutulur. Eyni zamanda bilirik ki, əgər müəyyən felin yerinə yetirilməsində bir sıra səbəb və amillər təsirlidirsə, Qurani-kərim onu “biz” deyə bəyan buyurur. Şübhəsiz, Quranın təhrifdən qorunub saxlanmasında əziz Peyğəmbərin (sallallahu əleyhi və alih), eləcə də “elmdə qüvvətli olan” Əhli-beytin (əleyhimussəlam) vasitəçilikləri danılmazdır. Yəni başda həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) olmaqla, Əmirəl-möminin, Siddiqeyi-Kubra, imam Həsən və imam Huseyn, bir sözlə Əhli-beyt əleyhimussəlam Quranın, dinin, şəriətin və sünnənin əsas qoruyucularıdır. İmam Huseyn əleyhissəlam Allah dininin, Peyğəmbər sünnəsinin ən bariz qoruyucusu və bu vəzifəni yerinə yetirən ən təsirli şəxsiyyətdir. Ona görə də deyilir ki;

»الاسلام محمدی الحدوث و حسینی البقاء «

“İslam dinini həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) gətirmiş, imam Huseyn əleyhissəlam qoruyub saxlamışdır.”

و صلی الله علیک یا ابا عبد الله، و صلی الله علی اولادک و اصحابک

 الذین بذلوا مهجهم دونک یا ابا عبد الله

و السلام علیکم و رحمه الله و برکاته




[1] Hicr surəsi, ayə 9


Etiketlər :

İslam dininin qorunub hifz olunması