Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti

19 April 2024

15:04

۳۲۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il məhərrəm ayının 25-i, miladi 2021-ci il sentyabrın 3-ü bəzi dini mənbələrə müvafiq olaraq, Kərbəla vaqeəsinin şahidi, imam Huseyn əleyhissəlamın son yadigarı, həzrət Səccad imam Zeynəl-abidin əleyhissəlamın şəhadət gününə müsadif olunur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1443-cü il məhərrəm ayının 25-i, miladi 2021-ci il sentyabrın 3-ü bəzi dini mənbələrə müvafiq olaraq, Kərbəla vaqeəsinin şahidi, imam Huseyn əleyhissəlamın son yadigarı, həzrət Səccad imam Zeynəl-abidin əleyhissəlamın şəhadət gününə müsadif olunur. Bu böyük müsibət gününü ilk öncə zəmanəmizin Məsum imamı həzrət Vəliyy Əsrə (Allah onun gəlişini tez etsin) həmçinin bütün Əhli-beyt (əleyhimussəlam) dostlarına təsəlli və başsağlığı deyirik, ümid edirik mömin bacı-qardaşlar bu müsibətin lazımınca yad edilməsində mümkün qədər çalışaraq Peyğəmbər (sallallahu əleyhi və alih) və onun pak Əhli-beyti (əleyhimussəlam) qarşısında olan vəzifələrinə layiqli əməl edəcəklər, inşa Allah.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:

 

إنَّ الْمَعْرِفَهَ، وَکَمالَ دينِ الْمُسْلِمِ تَرْکُهُ الْکَلامَ فيما لايُغْنيهِ، وَقِلَّهُ ريائِهِ، وَحِلْمُهُ، وَصَبْرُهُ، وَحُسْنُ خُلْقِهِ  ؛(1)

Hər bir müsəlmanın mərifəti və dininin kamil olması, həm özünün və həm də başqalarının halına təsir etməyən və dəyərsiz sözləri tərk etməsinə, riyakarlıq və özünü göstərməkdən uzaq olması, həyatda qarşıya gələn çətinliklərə dözməsi, xoşagələn əxlaqa və gözəl rəftalı olmasına bağlıdır.

 

Mənbə: Tuhəful-uqul, səh. 202; Biharul-ənvar, cild-2, səh. 129, hədis-14

 

İltimas dua



Etiketlər :

Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti