Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın “Ərbəin” ziyarəti
24 November 2024
04:27
۳۴۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın “Ərbəin” ziyarəti
Hicri-qəməri 1443-cü il 20 səfər, miladi 2021-ci il sentyabrın 27-si tarixi həzrət İmam Huseyn əleyhissəlamın və onun vəfalı səhabələrinin ərbəin ziyarəti ilə mütabiqdir.
Allah-taala “Aşura” qiyamının yalnız Həzrət Seyyiduş-Şuhəda (əleyhissəlam) vasitəsilə olunmasını müəyyən etdiyi kimi, bu qiyama aid olan özünəməxsus xüsusiyyətlər də müəyyən etmişdi.
Belə xüsusiyyətlərdən biri də heç bir peyğəmbər və övsiyanın şəhadət və vəfatına xas olmayan “Ərbəin” (qırxıncı gün) ziyarətidir.
Həzrət İmam Həsən Əsgəri əleyhissəlamdan nəql edilən bir hədisdə "Ərbəin" ziyarətinin əhəmiyyəti barədə buyurur: “Möminin beş əlaməti və nişanəsi vardır, onlardan biri həzrət imam Huseyn əleyhissəlamın "Ərbəin" ziyarətini yerinə yetirməkdir."
“Ərbəin” ərəfəsində dünyanın müxtəlif ölkələrindən həzrət Huseyn ibn Əli əleyhiməssəlamın aşiqləri müqədəs Kərbəla şəhərinə yürüş edərək Əba Əbdillahil-Huseyn əleyhissəlamın ziyarətinə nail olaraq bir daha Aşura məktəbinin misilsiz dərsləri və ibrətlərindən faydalanırlar.
Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın əzəmətli “Ərbəin” yürüşünün iştirakçısı olmaq hər bir Əhli-beyt (əleyhiməssəlam) aşiqi üçün səadət və arzudur.
Dünyanın müxtəlif ölkələrindən olan mömin və aşiq insanların bu misilsiz yürüşdə iştirak etmələri şübhəsiz ki, Pərvərdigarın əzəmətli nişanələrindən biri və İslam dinini yaşatmaq uğrunda ən böyük səbəblər kimi tanınmalıdır.
Biz də hər yerdə varıqsa, müqəddəs Kərbəlada “Ərbəin” ziyarətçilərinin uca mənəvi halına qibtə edirik. Həmçinin, bu əzəmətli gündə həzrət imam Huseyn əleyhissəlamın “Ərbəin” ziyarətnaməsini oxuyaraq Kərbəla şəhidlərinin ziyarətçiləri ilə birgə olmağı arzulayırıq...