Həzrət imam Huseyn əleyhissəlama ağlamaq

24 April 2024

03:41

۳۴۶

Xəbərin xülasəsi :
Həzrət imam Huseyn əleyhissəlam İslam dinini uca və diri saxlamaq üçün Allah yolunda özünü və əzizlərini qyrban etdi. Bu qiyamı ilə Quranı və həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) aradan gedən sünnəsini diriltdi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlama ağlamaq

Həzrət imam Huseyn əleyhissəlam İslam dinini uca və diri saxlamaq üçün Allah yolunda özünü və əzizlərini qyrban etdi. Bu qiyamı ilə Quranı və həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) aradan gedən sünnəsini diriltdi. Cahiliyyət dövrünün bəzi nişanələrini məhv etdi və insanları nadanlıqdan, xurafatdan və zəlalətdən xilas etdi. Əgər imam Huseynın (əleyhissəlam) qiyamı olmasaydı, bu gün İslam dininin həqiqətindən heç bir əsər-əlamət qalmazdı və dinimiz başqa dinlərin vəziyyətinə düşərdi; cahil və fasid insanların vasitəsilə təhrif olunar, qəsbkarların meylinə xidmət edərdi.

Deməli, həzrət imam Huseyn əleyhissəlamın məzlumiyyətinə ağlamaq, həqiqətdə Quranın, İslamın məzlumiyyətinə ağlamaq və Allah-taalanın qəribliyinə acımaqdır. İmam Huseyn əleyhissəlama ağlamaq, o Həzrətin halına ürək yandırmaq və ağlamaq üçün deyil. Əgər bu fikirdə olsaq, Kərbəla məktəbindən və Əhli-beyt (əleyhimussəlam) dəyərlərindən uzaq düşmüş olarıq. Çünki, ənbiya və mursəlin, bütün Məsumlar (əleyhimussəlam) şəhid olmuşlar, elə isə nə üçün ancaq imam Huseyn əleyhissəlama ağlayırıq? Kərbəla vaqeəsində şəhid olanlara ağlamaq, onların xatirələrini yaşatmaq üçün mərasimlər keçirmək, həqiqətdə Əhli-beytə (əleyhimussəlam) sevgi-məhəbbət bildirmək və onların düşmənləri olan Allah düşmənlərinə qarşı nifrət və qəzəb etməkdir. İslamın və bütün səmavi dinlərin təlimlərinə əsasən, hər bir layiqli insan məzluma havadar olub zalıma qarşı çıxmalıdır. Bu, Allahın hər bir vicdanlı insandan tələb etdiyi dəyişməz hökmdür, yəni İlahi şüar və Allah-taalanın həqiqi bəndələri üçün müəyyən etdiyi açıq-aydın nişanədir. Bu hökmü yaşatmaq Allaha, Peyğəmbərə (sallallahu əleyhi və alih) və Qurana itaət etmək və onları uca sanmaqdır. Beləliklə, müqəddəs Quranın ifadəsi ilə desək, Allahın ayələri və hökmləri İlahi “şəair” və Allah nişanələridir. Necə ki, mübarək “Həcc” surəsində buyurur:

ذَلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

“(Allahın əmri) budur. Hər kəs İlahi nişanələri böyük sanıb onlara hörmət etsə, bu, şübhəsiz ki, qəlblərin təqvasındandır”.[1]

Deməli, imam Huseyn əzadarlığı, İlahi nişanələri uca sanıb xatirələrdə yaşatmaq, Aşura məktəbinin dərsləri, ibrətlərini və peyğamlarına həyat bəxş etməkdir. Bütün fəzilətlər və insani dəyərlər imam Huseyn (əleyhissəlam) məktəbində öz əksini tapır və aşkar olur. Digər tərəfdən, bütün rəzilətlər və şeytani istəklər Kərbəla qiyamı və İlahi nişanələr ilə müqabilə və mübarizə aparır. Kərbəla məktəbinin hərəkətverici qüvvəsi yeganəpərəstlik, haqsevərlik, fədakarlıq, azadlıq, comərdlik, şücaət, ibadət və s. səciyyəvi xüsusiyyətlərdir. Məhz ona görə, belə insani dəyərlər durduqca imam Huseyn (əleyhissəlam) məktəbi də yaşayacaq, Qiyamətə qədər davam edərək, bəşərin Xilasedicisinin (Allah onun zühurunu tezləşdirsin) şüarı olacaqdər, inşa Allah.



[1] Həcc surəsi, ayə- 32

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlama ağlamaq