Həzrət Fatimei-Zəhra (əleyha səlam) atasının əzasında
25 November 2024
07:57
۳۸۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Zəhra (əleyha səlam) atasının əzasında
Şeyx Yusif Şami “Durrun-nəzm” kitabında yazır ki, həzrət Fatimei-Zəhra (əleyha səlam) bu şeirləri əziz atasının əzasında buyurmuşdur:
قُلْ لِلْمُغَيَّبِ تَحْتَ أَثْوَابِ[ أَطْبَاقِ] الثَّرَى إِنْ كُنْتَ تَسْمَعُ صَرْخَتِي وَ نِدَائِيَا
صُبَّتْ عَلَيَّ مَصَائِبُ لَوْ أَنَّهَا صُبَّتْ عَلَى الْأَيَّامِ صِرْنَ لَيَالِيَا
قَدْ كُنْتُ ذَاتَ حِمًى بِظِلِّ مُحَمَّدٍ لا أَخْشَ مِنْ ضَيْمٍ وَ كَانَ حِمَالِيَا
فَالْيَوْمَ أَخْضَعُ لِلذَّلِيلِ وَ أَتَّقِي ضَيْمِي وَ أَدْفَعُ ظَالِمِي بِرِدَائِيَا
فَإِذَا بَكَتْ قُمْرِيَّةٌ فِي لَيْلِهَا شَجَنا عَلَى غُصْنٍ بَكَيْتُ صَبَاحِيَا
فَلَأَجْعَلَنَّ الْحُزْنَ بَعْدَكَ مُونِسِي وَ لَأَجْعَلَنَّ الدَّمْعَ فِيكَ وِشَاحِيَا
Qul lil muğəyyibi təhtə əsvabis(ətbaqis) səra.
İn kuntə təsməu sərxəti və nidaiya.
Subbət ələyyə məsaibu ləv ənnəha.
Subbət ələl əyyami sirnə ləyaliya.
Qəd kuntu zatə himən bizilli Muhəmmədin.
La əxşə min zəymin və kanə himən liya.
Fəlyəvmə əxzəu liz zəlili və əttəqi.
Zəymi və ədfəu zalimi biridaiya.
Fəiza bəkət qumriyyətun fi ləyliha.
Şəcənən əla ğusnin bəkəytu səbahiya.
Fələəc`ələnnəl huznə bə`dəkə munisi.
Və lə əc`ələnnəd dəm`ə fikə vişahiya.
Torpaqlar altında yatan şəxsə de: “Ürəkyandıran ah-nalə və səslərimi eşit! Mənim başıma gələn bəla və müsibətlər aydın gündüzlərə toxunsaydı, qaranlıq gecələrə çevrilərdi. Mən Muhəmmədin (sallallahu əleyhi və alih) himayəsində idim. Onun himayəsi ilə zülm və haqsızlıqdan əsla qorxmadım. Amma bu gün namərdlər müqabilində başımı aşağı dikirəm, xar olmaqdan qorxuram, zalımı libasımla uzaqlaşdırıram. Əgər Qumru quşu gecələr qüssə ilə sərbəst ağlayırca, mən sıxıntı içində sübhlər də ağlayıram. Səndən sonra hüzn və matəm munisim olacaq, göz yaşlarım boyunbağım olacaq!”
Mənbə:
“Məfatihul-cinan”, 8-ci fəsil, səfər ayının əməlləri.