Həzrət imam Rza əleyhissəlamın (əleyhissəlam) şəhadəti

25 April 2024

03:42

۴۱۴

Xəbərin xülasəsi :
Hicri-qəməri səfər ayının sonu, miladi 2021-ci il oktyabr ayının 7-si həzrət imam Əli ibn Musa Rizanın (əleyhiməssəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın (əleyhissəlam) şəhadəti
Hicri-qəməri səfər ayının sonu, miladi 2021-ci il oktyabr ayının 7-si həzrət imam Əli ibn Musa Rizanın (əleyhiməssəlam) şəhadət günüdür. Bu müsibətli gün ilə əlaqədar ilk növbədə həzrət Vəliyy Əsr imam Zamana (əccələllahu təala fərəcəhuş-şərif), sonra bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə, xüsusən xalqımızın mömin bacı və qardaşlarına təsəlli və başsağlığı deyirik. Əziz möminlərin bu günlərdə Əhli-Beyt (əleyhimussəlam) yolunda hüzn və əzadarlıqlarının qəbul olmasını Allah-taaladan arzu edirik.
Həzrət imam Rza  əleyhissəlamın dürəfşan kəlamlarından
عَنْ عَبْدِ السَّلَامِ بْنِ صَالِحٍ الْهَرَوِيِّ قَالَ سَمِعْتُ أَبَا الْحَسَنِ الرِّضَا (عليه السلام) يَقُولُ‏ رَحِمَ اللَّهُ عَبْداً أَحْيَا أَمْرَنَا فَقُلْتُ لَهُ فَكَيْفَ يُحْيِي أَمْرَكُمْ قَالَ يَتَعَلَّمُ عُلُومَنَا وَ يُعَلِّمُهَا النَّاسَ فَإِنَّ النَّاسَ لَوْ عَلِمُوا مَحَاسِنَ‏ كَلَامِنَا لَاتَّبَعُونَا قَالَ فَقُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّه (صلی الله عليه و آله)ِ فَقَدْ رُوِيَ لَنَا عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) أَنَّهُ قَالَ مَنْ تَعَلَّمَ عِلْماً لِيُمَارِيَ بِهِ السُّفَهَاءَ أَوْ يُبَاهِيَ بِهِ الْعُلَمَاءَ أَوْ لِيُقْبِلَ بِوُجُوهِ النَّاسِ إِلَيْهِ فَهُوَ فِي النَّارِ فَقَالَ (عليه السلام) صَدَقَ جَدِّي أَ فَتَدْرِي مَنِ السُّفَهَاءُ فَقُلْتُ لَا يَا ابْنَ رَسُولِ اللَّهِ فَقَالَ هُمْ قُصَّاصٌ مِنْ مُخَالِفِينَا وَ تَدْرِي مَنِ الْعُلَمَاءُ فَقُلْتُ لَا يَا ابْنَ رَسُولِ اللَّهِ قَالَ فَقَالَ هُمْ عُلَمَاءُ آلِ مُحَمَّدٍ (صلی الله عليه و آله) الَّذِينَ فَرَضَ اللَّهُ عَزَّ وَ جَلَّ طَاعَتَهُمْ وَ أَوْجَبَ مَوَدَّتَهُمْ ثُمَّ قَالَ أَ تَدْرِي مَا مَعْنَى قَوْلِهِ أَوْ لِيُقْبِلَ بِوُجُوهِ النَّاسِ إِلَيْهِ قُلْتُ لَا قَالَ يَعْنِي بِذَلِكَ وَ اللَّهِ ادِّعَاءَ الْإِمَامَةِ بِغَيْرِ حَقِّهَا وَ مَنْ فَعَلَ ذَلِكَ فَهُوَ فِي النَّارِ
Əbdussəlam ibn Saleh Hərəvi deyir, həzrət Əbul Həsən imam Rzanın (əleyhissəlam) hüzurunda belə buyurduğunu eşitdim: “Allah bizim əmrimizi (imaməti) dirçəldən şəxsə rəhm etsin.” Sual etdim ki, sizin əmriniz necə dirçəlir? Buyurdu: “Bizim elmimizdən öyrənib xalqa təlim etməklə. Həqiqətən, əgər insanlar bizim kəlamlarımızın gözəlliyindən xəbərdar olsalar, şübhəsiz ardımızca gələrlər.” O Həzrətə dedim, ey Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu həzrət Əbu Əbdullah imam Cəfərdən (əleyhissəlam) bizə belə yetişib ki, buyurub: “Hər kəs səfehlərlə cədəl etmək, ya özünü alimlərə elmli göstərmək və yaxud xalqın nəzərini özünə cəlb etdirmək üçün elm öyrənərsə, yeri cəhənnəm odudur.“ Həzrət buyurdu: “Cəddim doğru buyurmuşdur, amma heç bilirsənmi “səfehlər” dedikdə, məqsəd kimlərdir?” Dedim ki, xeyr, ey Allah Rəsulunun (sallallahu əleyhi və alih) oğlu. Buyurdu: “Onlar bizimlə müxalif olanların dastan danışanlarıdır. De görüm “alim” dedikdə nəzərdə tutulan şəxsləri necə, tanıyırsanmı?” Dedim ki, xeyr! Ey Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu. Həzrət buyurdu: “Onlar Ali-Muhəmmədin alimləridir, hansı ki, Allah-taala onlara itaət etməyi vacib və məhəbbət bəsləməyi lazım bilibdir.” Sonra buyurdu: “Heç bilirsənmi “xalqın nəzərini özünə cəlb etdirmək istəmək” ifadəsinin mənası nədir?” Dedim, xeyr. Buyurdu: “Bu ifadənin mənası, haqqı və ləyaqəti olmadan imamət iddiasını edənlərdir. Hər kəs belə bir iddia edərsə, yeri cəhənnəm olacaq.”

Mənbə: “Məalim əl-əxbar”, səh. 180; “Uyun əxbar Rza” (əleyhissəlam) 1-ci cild, səh, 307.

İzah: Əbdus-səlam ibn Saleh, imam Rza əleyhissəlamın: “Elm öyrənən və onu xalqa öyrədən insanların zəhməti nəticəsində xalq Məsumların (əleyhimussəlam) kəlamlarının gözəllikləri və həqiqətlərini duyub onlara tabe olub haqqa dönərlər”-deyə, İlahi kəlamları bəyan və təbliğ edənləri tərifləməsini eşitdikdə güman edir ki, bu kəlam imam Sadiq əleyhissəlamın buyurduğu hədis ilə təzadlı mənadadır. Belə ki, o hədisdə imam Sadiq əleyhissəlam buyurur: “Hər kəs xalqın nəzərini özünə cəlb etdirmək üçün elm öyrənərsə, yeri cəhənnəm odudur.“ Odur ki, imam Rza əleyhissəlam bu hədisi məna edərək buyurur: “O hədisdə məzəmmət edilənlər, öz nəfsi və şeytani istəklərinə tabe olub elm öyrənən insanlardır. Necə ki, Əhli-beyt əleyhimussəlamın müxalifləri və haqsız olaraq xalqa imamət edənlər bu üslub və qayda əsasında elmə yiyələnməyə can atırlar. Amma Allahın razılığı, haqqın aşkar edilməsi və insanların haqqı eşidib ona tabe olmaları üçün elm öyrənməyin tərifəlayiq olması inkaredilməzdir. Burada bu məsələ də aydın olur ki, başqalarından fərqlənmək, özünü onlardan üstün bilmək və xalqı özünə cəlb etmək məqsədilə elm öyrənən şəxslər, zahirdə Əhli-beyt (əleyhimussəlam) ilə müxalif olmasalar və özlərini Məsumlara (əleyhimussəlam) müvafiq, bəzən isə məhbub və sevimli göstərsələr belə, fərq etməz, belə insanlar Əhli-beytin (əleyhimussəlam) müxalifləri sırasında durur. Belələri dinimizdə məzəmmət olunur və həzrət Sadiq əleyhissəlamın hədisinə əsasən, onların sonu cəhənnəm odudur. Bu izahı bəzi qardaşların: “Nə üçün bir sıra insanlar elmli olduqlarını iddi edərək, Allah-taalanın aydın hökmlərinə qarşı çıxırlar”- deyə, suallarına cavab olaraq bəyan etdim. Ümid edirəm bu qısa cavabdan nəticə ala bilsinlər, inşa Allah.

İltimas dua

Etiketlər :

Həzrət imam Rza əleyhissəlamın (əleyhissəlam) şəhadəti