Həzrət sahibuz-Zəmanın (əleyhissəlam) imamətə yetdiyi gün

18 April 2024

15:22

۳۰۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 260-cı il rəbiul-əvvəl ayının 9-u həzrət Sahibul-əmr imam Məhdinin (Allah onun zühurunu tezləşdirsin) imamət dövrünün başlanması günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hüccət ibn Həsən həzrət Sahib Zamanın (əleyhissəlam) imamlığa çatdığı ilk gün

Hicri-qəməri 260-cı il rəbiul-əvvəl ayının 9-u həzrət Sahibul-əmr imam Məhdinin (Allah onun zühurunu tezləşdirsin) imamət dövrünün başlanması günüdür. Əziz atası həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadətindən sonra onun yeganə övladı olan imam Məhdi sahibuz-Zaman əleyhissəlamın qısa dövrlü qeybə çəkilməsi (qeybət suğra) başlamışdır.[1]

Bu əzəmətli gün Əhli-Beyt əleyhimussəlamın davamçılarının böyük bayramı və Allah-təalanın yer üzündə olan sonuncu bərhəqq hüccətinin və bəşəriyyətə nicat verən həzrət Bəqiyyətillahul-Ə`zəmin (əccələllahu təala fərəcəhuş-şərif) imamət dövrünün ildönümüdür.[2]

Bu günün fəziləti barəsində geniş bəhslər vardır. Hədislərdə deyilir ki, bu gündə hər kim bir şey ehsan etsə, günahları bağışlanar. Bu gündə mömin bacı və qardaşlara təam vermək, onları sevindirmək, daha çox sədəqə vermək, ailə üzvlərinə əliaçıqlıq etmək, təmiz paltar geymək və Allah taalaya ibadət və şükr etmək müstəhəbdir. Bu gün qəm-qüssənin aradan gedən günüdür, bir sözlə çox şərafətli gündür.[3]

 Burada, həzrət imam Sahib Zamanı tanımaq və o Həzrətlə mənəvi ünsiyyət yaratmaq cəhətində çox təsirli olan bu duanın yalnız bir qismini qeyd etməklə əziz möminlərə onu əqidə ilə oxuyub düşünməklə yüksək mənəvi məqamlara çatmağı arzulayırıq.

Mötəbər sənədli bir hədisdə nəql olunur ki, həzrət İmam Zamanın (əleyhissəlam) birinci naibi Şeyx Əbu Əmr Osman ibn Səid, bu duanı Əbu Əli Məhəmməd ibni Həmmama imla demiş və onu oxumağı təkid etmişdir. Seyid İbni Tavus “Cəmalül-usbu`” adlı kitabında cümə gününün əsr namazından sonra oxunan duaları və kəbirə salavatlar”ı nəql etdikdən sonra bu duanı qeyd edərək, buyurubdur: “Bu gün üçün əvvəldə nəql etdiyimiz duaları oxumağa imkanın olmasa da bu duanı tərk etmə. Həqiqətən də bu dua, Allah taalanın bizə qarşı xüsusi fəzlidir və buna qəti inamın olsun. Bu dua aşağıdakı kimidir:

اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ رَسُولَكَ اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَاِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي اللَّهُمَّ لا تُمِتْنِي مِيتَةً جَاهِلِيَّةً وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي...

Əllahummə ərrifni nəf­sə­kə fəinnəkə in ləm tuər­rif­ni nəf­səkə ləm ə`rif rəsulək, Əlla­hum­mə ərrif­ni rəsuləkə fəin­nəkə in ləm tuərrifni rəsuləkə ləm ə`rif huccətək, Əllahummə ərrifni huccətəkə fəin­nə­kə in ləm tuərrifni huc­cə­tə­kə zələltu ən dini, Əl­la­hummə la tumitni məytətən cahiliyyəh, və la tuziğ qəl­bi bə`də iz hədəytəni...

“İlahi, Özünü mənə tanıtdır! Həqiqətən də, əgər Özünü mənə tanıtdırmasan, Sənin peyğəmbərini tanımaram. İlahi, peyğəmbərini mənə tanıtdır və əgər peyğəmbərini mənə tanıtdırmasan, höccətini tanımaram! İlahi, höccətini mənə tanıtdır və əgər höccətini mənə tanıtdırmasan, dinimdə azğınlığa uğrayaram! İlahi, məni cahil ölənlər kimi öldürmə və məni hidayət etdikdən sonra qəlbimi (hidayətdən) döndərmə (azdırma)...”[4]

İltimas dua


[1] “Əl-İrşad”, Şeyx Mufid, cild-2, səh. 336; “Kəşful-ğummə”, cild-2, səh. 402; “Əl-İqbal”, səh. 598; “Feyzul-əllam”, səh. 207; “Əl-Kafi”, cild-2, səh. 561.

[2] “Feyzul-Əllam”, səh. 211.

[3] “Məfatihul-cinan”, səh. 443.

[4] «Cəmalul-usbu`”, səh. 521


Etiketlər :

Hüccət ibn Həsən həzrət Sahib Zamanın (əleyhissəlam) imamlığa çatdığı ilk gün