17 rəbiul-əvvəl

04 July 2024

16:43

۳۰۹

Xəbərin xülasəsi :
Hicri tarixindən 53 il öncə, rəbiul-əvvəl ayının 17-si, miladi 2021-ci il oktyabrın 24-ü bütün məxluqatın ən şərəflisi Allah-taalanın həbibi və sonuncu rəsulu həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) və Peyğəmbərin sünnəsinin qoruyucusu həzrətin əziz nəvəsi imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin təsisçisi həzrət imam Cəfər-Sadiqin (əleyhissəlam) dünyaya səadətli gəlişləri ildönümüdür
آخرین رویداد ها

Bsmilləhir-Rahmənir-Rahim

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və imam Sadiqin (əleyhissəlam) təvəllüd günü

Hicri tarixindən 53 il öncə, rəbiul-əvvəl ayının 17-si, miladi 2021-ci il oktyabrın 24-ü bütün məxluqatın ən şərəflisi Allah-taalanın həbibi və sonuncu rəsulu həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) və Peyğəmbərin sünnəsinin qoruyucusu həzrətin əziz nəvəsi imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin təsisçisi həzrət imam Cəfər-Sadiqin (əleyhissəlam) dünyaya səadətli gəlişləri ildönümüdür. Bu əzəmətli və mübarək nemət müqabilində öncə mülk və mələkut aləminin maliki, mütləq cəlal və qüdrət sahibi, əziz və mehriban Allaha şükür edirik. Həmçinin, bu sürur və fərəhli gündə öz şadlığımızı həzrət Peyğəmbər və onun pak xanədanına (sallallahu əleyhi və alih) təqdim edirik, xüsusilə Yer üzündə gözəl Allahın sonuncu hüccəti və məsum imamı həzrət Məhdiyə (Allah onun zühurunda təcil etsin) sevinc hisslərimizi bildirir və bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə bayramınız mübarək olsun deyirik. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd və əccil fərəcəhum!..

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) dürəfşan kəlamlarından

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:

"لِکُلِّ شَیْ‌ءٍ أسَاسٌ وَأسَاسُ الإِسْلامِ حُبُّنا أهْلَ البَیْتِ"

“Hər bir şeyin əsli və kökü vardır, İslam dininin əsli və binası biz Əhli-beytə  sevgi və məhəbbət göstərməkdir.”

Mənbə: Əl-Kafi, cild-2, səh. 45


Etiketlər :

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və imam Sadiqin (əleyhissəlam) təvəllüd günü