Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı

25 April 2024

10:19

۲۸۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-cı il rəbius-sani ayının 10-u və miladi 2021-ci il noyabrın 16-ı Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir Rahmənir Rahim

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1442-cı il rəbius-sani ayının 10-u və miladi 2021-ci il noyabrın 16-ı Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür. Bu qəmli-qüssəli hadisəni həzrət Vəliyyi-Əsr imam Zaman əleyhissəlama və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.

Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 173-cü ilində zil-qədə ayında Mədinə şəhərində anadan olmuşdur. O xanımın anası cəlalətli və şərafətli bir qadın olan Nəcmə xanımdır. Bu qadın son dərəcə təqvalı və elmli qadın idi və Fatimei-Məsumə əleyhasəlamın elm, təqva və mərifət kəsb etməsində böyük zəhməti olmuşdur... Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 201-ci ilində rəbius-sani ayının 10-u müqəddəs Qum şəhərində vəfat etmiş və bu şəhərdə də dəfn olunmuşdur.

Müqəddəs Qum şəhərinin əhəmiyyəti barəsində 


Xanım Məsumənin Qum şəhərində dəfn edildikdən sonra bu şəhərin əhəmiyyəti barəsində həzrət imam Sadiq əleyhissəlamdan bir neçə hədis buyurmuşdur. Bu hədislərdən birində Həzrət belə buyurur:

اَلَا اِنَّ حَرَمِی وَ حَرَمَ وُلدِی مِن بَعدِی قُم

“Agah olun! Mənim və məndən sonra övladlarımın hərəmi Qum şəhəridir”

Mənbə: Məhasinul-muminin, cild-1, səh. 83


Etiketlər :

Müqəddəs Qum şəhərinin əhəmiyyəti barəsində