Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətnaməsi

29 March 2024

11:42

۷۲۷

Xəbərin xülasəsi :
Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəlmömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı!.. Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhmət və bərəkətləri olsun sənə!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətnaməsi

اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ رَسُولِ اللهِ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ فاطِمَةَ و خَديجَةَ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ اَميرِالْمُؤْمِنينَ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ الْحَسَنِ وَالْحُسَيْنِ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ وَلِىِّ اللهِ اَلسَّلامُ عَلَيْكِ يا اُخْتَ وَلِىِّ اللهِ، اَلسَّلامُ عَلَيْكِ يا عَمَّةَ وَلِىِّ اللهِ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ مُوسَى بْنِ جَعْفَر وَرَحْمَةُ اللهِ وَبَرَكاتُهُ، اَلسَّلامُ عَلَيْكِ عَرَّفَ اللهُ بَيْنَنا وَبَيْنَكُمْ فِى الْجَنَّةِ، وَحَشَرَنا فى زُمْرَتِكُمْ وَاَوْرَدَنا حَوْضَ نَبِيِّكُمْ، وَسَقانا بِكَأسِ جَدِّكُمْ مِنْ يَدِ عَلِىِّ بْنِ اَبى طالِب صَلَواتُ اللهِ عَلَيْكُمْ اَسْأَلُ اللهَ اَنْ يُرِيَنا فيكُمُ السُّرُورَ وَالْفَرَجَ، وَاَنْ يَجْمَعَنا وِاِيّاكُمْ فى زُمْرَةِ جَدِّكُمْ مُحَمَّد صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ، وَاَنْ لا يَسْلُبَنا مَعْرِفَتَكُمْ اِنَّهُ وِلِىٌّ قَديرٌ، اَتَقَرَّبُ اِلَى اللهِ بِحُبِّكُمْ وَالْبَرائَةِ مِنْ اَعْدائِكُمْ، وَالتَّسْليمِ اِلَى اللهِ راضِياً بِهِ غَيْرَ مُنْكِر وَلا مُسْتَكْبِر وَعَلى يَقين ما اَتى بِهِ مُحَمَّدٌ وَبِهِ راض، نَطْلُبُ بِذلِكَ وَجْهَكَ يا سَيِّدى اَللّـهُمَّ وَرِضاكَ وَالدّارَ الاْخِرَةَ، يا فاطِمَةُ اشْفَعى لى فى الْجَنَّةِ فَاِنَّ لَكِ عِنْدَ اللهِ شَأناً مِنَ الشَّأنِ، اَللّـهُمَّ اِنّى اَسْاَلُكَ اَنْ تَخْتِمَ لى بِالسَّعادَةِ فَلا تَسْلُبْ مِنّى ما اَنـَا فيهِ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظيمِ، اَللّـهُمَّ اسْتَجِبْ لَنا وَتَقَبَّلْهُ بِكَرَمِكَ وَعِزَّتِكَ وَبِرَحْمَتِكَ وَعافِيَتِكَ، وَصَلَّى اللهُ عَلى مُحَمَّد وَآلِهِ اَجْمَعينَ وَسَلَّمَ تَسْليماً يا اَرْحَمَ الرّاحِمينَ

Ziyarətnamənin oxunuşu:

Əssəlamu ələyki ya bintə rəsulillah, əssəlamu ələyki ya bintə Fatimətə və Xədi­cəh, əssəlamu ələyki ya bintə əmiril mu`minin, əssəlamu ələyki ya bintəl Həsəni vəl Husəyn, əssə­lamu ələyki ya bintə vəliyyil­lah, əssəlamu ələyki ya uxtə vəliyyillah, əssəlamu ələyki ya əmmətə vəliyyillah, əssəlamu ələyki ya bintə Musəbni Cə`­fərin və rəhmətullahi və bərə­ka­tuh, əssəlamu ələyki ərrəfəl lahu bəynəna və bəynəkum fil cənnəh, və həşərəna fi zum­rətikum və əvrədəna həv­zə nəbiy­yikum, və səqana bi­kə`si cəddikum min yədi Əliyyibni Əbi Talibin sə­lə­vatullahi ələykum, əs`ə­lul­lahə ən yuri­yəna fikumus sururə vəl fərəc, və ən yəc­məəna və iyyakum fi zumrəti cəddikum Muhəm­mədin səl­ləl­lahu ələyhi və alih, və ənla yəslubəna mə`rifə­tə­kum innəhu vəliyyun qədir, ətəqərrəbu iləllahi bihub­bikum vəl bəraəti min ə`da­i­kum, vət təslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustək­bir, və əla yə­qini ma əta bihi Muhəm­məd, və bihi razin nətlubu biza­li­kə vəchəkə ya səy­yidi, Əl­lahummə və rizakə vəd darəl axirəh, ya Fatimə­tuşfəi li fil cənnəti fəinnə ləkə in­dəllahi şə`nən minəş şə`n, Əllahummə inni əs`ə­lu­kə ən təxtimə li bis səa­dəti fəla təslub minni ma ənə fih, və la həvlə və la quvvətə illa billahil əliy­yil əzim, əllahumməstəcib ləna və təqəbbəlhu bikə­rə­mikə və izzətikə və birəh­mə­tikə və afi­yətik, və səlləl­lahu əla Muhəm­mədin və ali­­hi əcməin, və səllə­mə təs­limən ya ərhəmər rahi­min.

Ziyarətnamənin tərcüməsi:

Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəlmömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bacısı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə! Allah bizimlə sizin aranızda behiştdə tanışlıq yaratsın, bizi sizin zümrənizdə məhşur etsin, bizi sizin Peyğəmbərinizin hovuzuna daxil etsin, babanızın camı və Əbu Talibin oğlu Əlinin əlilə sirab etsin. Allahın salamı olsun sizə! Allahdan istəyirəm ki, sizin fərəc və sevincinizi (imam Zamanın zühuru ilə) bizə göstərsin, bizi və sizi babanız Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) zümrəsində cəm etsin və sizin mərifətinizi bizdən almasın. Həqiqətən, O, ixtiyar sahibi və qüdrətlidir! Mən Allaha sizə məhəbbət bəsləmək, düşmənlərinizə nifrət etmək və Ona təslim olmaqla, Ondan razı qalıb heç nəyi inkar etmədən, heç vaxt təkəbbür göstərmədən həzrət Məhəmmədin gətirdiklərinə yəqin edib ondan razı qalmaqla Allahın dərgahına yaxınlaşıram. Bunları sənə yaxınlaşmaq üçün edirəm, ey sərvərim! İlahi, razılığını və axirət evini istəyirəm! Ey Fatimə, mənə behiştə daxil olmaqda şəfaətçi ol! Həqiqətən, sənin Allah dərgahında böyük məqamın var. İlahi, Səndən istəyirəm ki, mənim aqibətimi səadətlə xətm edəsən və hal-hazırda etiqad bəslədiyim imanı məndən almayasan! Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur. İlahi, kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir bizim duamızı qəbul və rəva et. Allahın qəni-qəni salamı olsun Məhəmməd və onun Əhli-beytinə – onların hamısına! Ey mehribanların ən mehribanı!

İltimas dua

Mənbə: “Məfatihul-cunan”, “Uca məqamlı imamzadələrin ziyarətləri” qismi.


Etiketlər :

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətnaməsi