Həzrət imam Cavad əleyhissəlamdan hədis

25 November 2024

04:58

۳۰۳

Xəbərin xülasəsi :
Hər kəs Qum şəhərində bibim Məsuməni (əleyhasəlam) ziyarət etsə, yeri Behişdir

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Cavad əleyhissəlamdan xanım Məsumənin (əleyhasəlam) mənəvi məqamı barədə hədis

Həzrət Fatimei Məsumə əleyhasəlamın uca mənəvi məqama malik olmasını bilmək üçün yalnız bunu qeyd etmək kifayətdir ki, Məsum imamlar (əleyhimussəlam) o Həzrətin tövsifində yüksək kəlamlar buyurmuşlar. Belə ki, Həzrət imam Kazim əleyhissəlamın övladları arasında həzrət Məsumə əleyhasəlam İmamların nəzərini özünə cəlb etmiş və o Həzrətin ziyarəti barəsində tövsiyələr etmişlər. Həzrət imam Sadiq əleyhissəlam, imam Rza əleyhissəlam və imam Cavad əleyhissəlam Xanım Məsumənin (əleyhasəlam) ziyarətinin böyük savaba malik olmasını qeyd etmişlər. Həzrət Sadiq əleyhissəlam Xanımın məqamını tanıyaraq onu ziyarət etməyin nəticəsini Behiştlə dəyərləndirmiş və onun şəfaətini bütün şiələrə şamil olduğunu bəyan etmişdir. 

Həzrət imam Cavad əleyhissəlam bir hədisdə buyurur:

مَنْ زَارَ عَمَّتِی بِقُمَّ فَلَهُ الْجَنَّةُ

“Hər kəs Qum şəhərində bibim Məsuməni (əleyhasəlam) ziyarət etsə, yeri Behişdir.” (1)

Mənbə: Biharul-ənvar, cild-48, səh. 316



Etiketlər :

Həzrət imam Cavad əleyhissəlamdan xanım Məsumənin (əleyhasəlam) mənəvi məqamı barədə hədis