Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

22 November 2024

01:35

۲۸۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cı il cumadil-ula ayının 5-i, miladi 2021-ci il dekabrın 10-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi həzrət Zeynəbi-Kubra (əleyhasalam), iman və təqva, elm və mərifət, səbir və səbat və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1443-cı il cumadil-ula ayının 5-i, miladi 2021-ci il dekabrın 10-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi həzrət Zeynəbi-Kubra (əleyhasalam), iman və təqva, elm və mərifət, səbir və səbat və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibəti ilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Zeynəb adı atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və Əhli-Beytin (əleyhimussəlam) fəxri oldu. Odur ki, Zeynəb adı həzrət Əlinin (əleyhissəlam) qızının fədakarlığı sayəsində həmişə gözəl, müqəddəs və əbədidir. Vilayət bağının nərgizinə ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

Zeynəbi-Kubra (əleyhasəlam) dünyaya gəldikdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdə olduğundan xanım Fatimə (əleyhasəlam) həzrət Əlidən (əleyhissəlam) uşağa ad qoymasını istədi. Əmirəl-möminin (əleyhissəlam) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbir edək Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən gəlsin.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən qayıtdıqdan sonra Əli (əleyhissəlam) uşağın doğum xəbərini Peyğəmbərə (sallallahu əleyhi və alih) çatdırıb, ondan uşağa ad qoymasını xahiş etdi. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: Fatimənin (əleyhasəlam) övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah-təala buyurur: Bu qızın adını Zeynəb qoy! Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (sallallahu əleyhi və alih) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. Çünki o, Xədiceyi-Kubranın (əleyhasəlam) bənzəridir.

Yəni həzrət Xədicənin (əleyhasəlam) fədakarlıqları kimi, Zeynəbi-Kubranın (əleyhasəlam) Allah yolunda dəyanət, səbir, şücaət və mübarizəsi də İslamın əbədiliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Dualarınızda möminləri unutmayın...

Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü