Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
24 November 2024
09:38
۲۸۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
Hicri-qəməri 1443-cü il cumadil-ula ayının 13-ü, miladi 2021-ci il dekabrın 18-i, bəzi tarixi mənbələrə əsasən, həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür. Bəşər tarixinin üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və onun şərəfli Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən müsəlmanlar bu qeyd edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edirlər; onlar şəriətin və müsəlman cəmiyətin tövsiyələrinə müvafiq əməlləri yerinə yetirməklə Allahın sonuncu hüccəti həzrət Məhdi Sahib-zaman əleyhissəlamın razılığını ələ gətirib, qəlbinə təsəlli verirlər. Allah-taala bizlərə də o möminlərin sırasında yer versin və Əhli-Beytin (əleyhimussəlam) sevinc və kədərinə qoşulanlardan olaq, Amin!
Həzrət imam Sadiq əleyhissəlam buyurur:
"وَ هِیَ الصِّدِّیقَهُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى"
“Fatimei-Zəhra (əleyhasəlam) “Siddiqei-Kubra”dır (Allahın xəlq etdiyi qadınların arasında ən sədaqətlisi və ən sadiq insandır) və yaranış aləminin ilkin əsrlərində olan insanlar belə, onun mərifəti ətrafında dövrə vurmuşlar.”
Mənbə: "Biharul-ənvar", cild-43, səh. 105
Dualarınızda həzrət Zəhranın (əleyhasəlam) şiələrini unutmayın