Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı

25 November 2024

06:34

۳۷۸

Xəbərin xülasəsi :
Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı

Xəbərin xülasəsi:

Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür

Bismilləhir-Rahmənir-Rahim

Əlhəmdulillahi Rabbil-aləmin və sallallahu əla Səyyidina Muhəmmədin və Alihit-tahirin

Bu günlər həzrət Fatimei-Zəhranın (əleyha səlam) şəhadəti ilə müsadif olduğu üçün bu barədə bir neçə cümlə demək lazımdır.

Allaha şükür olsun ki, son iki onillikdə müqəddəs Qum hövzəsində böyük din mərcələri, məxsusən bizim mərhum atamız həzrət Ayətullah Uzma Hacı Şeyx Məhəmmədfazil Lənkərani (Allah ondan razı olsun) “Fatimiyyə” günlərinin ehyası üçün xüsusi diqqət yetirmiş və böyük addımlar atmışlar. Ələlxüsus çox əhəmiyyətli bəyanları, necə ki, mərhum atam öz vəsiyyətnaməsində buyurub: “Bu aləmdə yerinə yetirdiyim, qəbirdə və Qiyamətdə ona ümidvar olduğum işlərdən biri “Fatimiyyə”nin ehyası və o Həzrətin əzadarlığı üçün olan bəyanlarımdır.”

Əlhəmdulillah yavaş yavaş “Fafimiyyə” mərasimi təsbit oldu. Bu gün isə mənə, sizə və bütün hövzə tələbələrinə vəzifədir ki, bu mövzunu araşdıraq, ayələr və hədislərdə gələn bu böyük və misilsiz şəxsiyyətin məqamının müxtəlif sahələri ilə tanış olaq, ilk növbədə o Həzrət haqda öz mərifətimizi artıraq, sonra da onu xalqa bəyan edək.

Mən hələ də “وَ عَلَی مَعْرِفَتِها دارَتِ الْقُرُونِ الاُولی” hədisinin dəqiq mənasını dərk edə bilmirəm. Məncə, “Leylətul-Qədr” təbiri kimi, necə ki, buyurur: “Fatimei-Zəhra (əleyhasəlam) Leylətul-Qədrdir”, bu da mənası bizə məchul olan ifadələrdəndir. Əlbəttə, kəlmənin ləfzi mənası deyil, əksinə həqiqətini nəzərdə tuturam. Necə ki, Allah-taala peyğəmbərinə buyurur: «وَ ما أَدْراكَ ما لَيْلَةُ الْقَدْرِ»[1] Həzrətin həqiqəti Qədr gecəsinin həqiqəti kimi məchuldur. Odur ki, buyurublar: “إِنمَا سُمِّیتْ فَاطِمَةَ لِأَنَّ الْخلْقَ فطِمُوا عَنْ مَعْرِفَتِهَا[2] Bu təbirlər olduqca təəccüblüdür, yəni Allah-taala elə bir qadın yaratmışdır ki, bəşər Qiyamətə qədər onun mərifətinə çatmayacaqdır. Fatimei-Zəhra (əleyhasəlam) digər insanlar kimi deyildir. Doğulduğu gündən vəfatına qədər bütün xüsusiyyətləri Allah-taalanın məxsus inayəti və nəzəri əsasında olub.

(ardını izləyin)


[1] Qədr surəsi, ayə 3

[2] Biharul-ənvar, cild-43, səh. 65



Etiketlər :

Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı