Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı

25 November 2024

03:14

۳۰۰

Xəbərin xülasəsi :
Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı

Xəbərin xülasəsi:

Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür

(ardı)

Həzrət Fatimə (əleyhasəlam) məclisə daxil olduqda həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) ayağa qalxıb onun istiqbalına getdikdə, əllərini öpdükdə məclis əhlinin diqqətini elə cəlb edir ki, səhabələrdən bəziləri: “Başqalarının gözləri önündə Zəhranın (əleyhasəlam) əllərini öpməyiniz sizə münasib deyil”-deyə, Peyğəmbərə etiraz edirlər. Peyğəmbər (sallallahu əleyhi və alih) onların cavabında buyurur: “Mən bunu Allahın əmrinə əsasən edirəm.” Allah Rəsulunun (sallallahu əleyhi və alih) bu cavabı da olduqca təəccüblü bir sözdür.

Bizim vəzifəmizdir ki, hər il həzrət Fatimei-Zəhra (əleyhasəlam) barəsində özümüzün, cəmiyyətimizin, xüsusən də cavanların mərifətini artıraq. Çalışaq ki, həzrət Fatimənin (əleyhasəlam) kim olduğunu dərk edək. İnşa Allah bu vəzifəni ən gözəl şəkildə yerinə yetirək. Hər bir şəxs həzrət Zəhranın (əleyhasəlam) əzadarlığı ilə bağlı hər bir iş edə bilərsə, səhlənkarlığa yol vermədən o işi etməlidir. Bacarığı olan söhbət etməli, digəri mərsiyə oxumalı, adi camaat isə qapılarının üstünə bir əzadarlıq parçası bağlasınlar.

Əlbəttə, o əzəmətli Xanımın bunaehtiyacı yoxdur, lakin ona edilən zülmlərə qarşı əzadarlıq edək. Əgər Peyğəmbərdən sonra Allahın ən sevimli xəlqinə edilən zülm və müsibətlər qarşısında sükut etsək və bu böyük faciəyə bitəfavüt olsaq, şiə adlanmağımız səhv olar. Fatimei-Zəhranı (əleyhasəlam) dəfn etdikdən sonra həzrət Əmirəl-möminin əleyhissəlamın cümlələrini dəfələrlə mənbər üstündə oxumusunuz. Həzrət buyurur: “وَ إِلَى اللَّهِ أَشْكُو”, Allah-taalanın dərgahına üz tutub şikayət edir: “أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّدٌ”. Bu bir İlahi hüccətin ifadəsidir, necə ki, buyurur: “Artıq hüzn və qəmim daimidir və bu müsibətin şiddətindən gərək gecələr sübhə qədər yas saxlayıb, göz yaşı axıdam.” Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs, yoldaşını dəfn etdikdən sonra Həzrətin qəbri kənarında oturub yas saxlayan Əmirəl-möminin (əleyhissəlam) özü olmuşdur.

İki aləmin Xanımının əzəmətini azca da olsa, dərk etmək üçün Həzrətin vəfatında Əmirəl-möminin əleyhissəlamın söylədiyi bu sözlərə diqqət etmək kifayətdir:

فَلَمَّا نَفَضَ یَدَهُ مِنْ تُرَابِ الْقَبْرِ هَاجَ بِهِ الْحُزْنُ”- Əlini qəbirin torpağından ayırdıqda aləmin qəm-qüssəsi vücudunu bürüdü, “وَ أَرْسَلَ دُمُوعَهُ عَلَى خَدَّیْهِ”- göz yaşları yanaqlarına axdı, bundan sonra Həzrət nə etsin? Ürək sözlərini kimə desin? Dərdini kimlə bölüşsün? “وَ حَوَّلَ وَجْهَهُ إِلَى قَبْرِ رَسُولِ اللَّهِ (صَلَّى اللَّهُ عَلَیْهِ وَ آلِهِ)” – Peyğəmbərə (sallallahu əleyhi və alih) pənah aparmaqdan başqa yolu yox idi, Peyğəmbərlə (sallallahu əleyhi və alih) danışmaqdan başqa heçnə onu aram etmirdi. Müsibətin şiddətindən üz tutdu Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinə və ərz etdi: “السَّلَامُ عَلَیْکَ یَا رَسُولَ اللَّهِ، عَنِّی وَ عَنِ ابْنَتِکَ وَ حَبِیبَتِکَ، وَ قُرَّةِ عَیْنِکَ وَ زَائِرَتِکَ، وَ الثَّابِتَةِ فِی الثَّرَى بِبُقْعَتِکَ” – Ancaq öz tərəfindən deyil, Allah Rəsuluna yeni qonaq olan bu şəxsin tərəfindən də Peyğəmbərə salam verdi. Ziyarətinə gələn əziz qızın və gözünün nuru tərəfindən sənə salam olsun! “الْمُخْتَارِ اللَّهُ لَهَا سُرْعَةَ اللِّحَاقِ بِکَ” – Allah onun sənə sürətlə qovuşmasını istədiyi şəxs tərəfindən salam olsun sənə! Allah onu necə tez aldı bizdən...

(ardını izləyin)

 


Etiketlər :

Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı