Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı

25 November 2024

02:48

۳۰۱

Xəbərin xülasəsi :
Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı

Xəbərin xülasəsi:

Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür

(ardı)

Həzrət Zəhranın (əleyhasəlam) vəfatından sonra Əmirəl-möminin əleyhissəlamın buyurduğu mərsiyə budur.

Əgər bizim imamımız o Həzrətin vəfatına həmişə əzadardırsa, inanırıq ki, hazırda həzrət Hüccət (əleyhissəlam) şübhəsiz həmin haldadır və ərz edir: “İlahi anamın başına gələn müsibətlərdən Sənə şikayət edirəm.” Deməli, gərək bu əzadarlığı daha yüksək mərifətlə və mümkün qədər əzəmətlə qeyd edək. Bu müvəffəqiyyətin özü böyük İlahi inayətdir.

Həqiqətən, “Fatimiyyə” əzadarlığını ehya edən bir şəxsiyyət kimi, mərhum atamdan (Allah ondan razı olsun) bir xatirə söyləyim. Bir gün: “Siz nə üçün həmişə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirsiz?” –deyə, ondan sual etdim. Buyurdu ki, mən uşaqlıq dövründən hər çətinliyə düşəndə həzrət Zəhraya (əleyhasəlam) təvəssül edirəm. Bizə də çox tövsiyə edərdi və vəsiyyətnaməsində də buyurublar ki, “Fatimiyyə”ni ehya edin, layiqli əzadarlıqla öz vəzifənizi yerinə yetirin.

Bir qrup Xorasan alimi onun görüşünə gəlmişdilər, onlara buyurdu: “Hörmətli cənablar! Mən 50 ildən artıq dərs deyirəm, kitablar yazmışam, çoxlu şagirdlərə dərs demişəm, bu Allahın tərəfindən mənə olunan bir inayətdir. Lakin Qiyamət günündə bunların heç birinə ümidvar deyiləm. Şübhəsiz, bu dediklərini dəyərdən salmaq istəmirdi, əksinə onlara ümid bağlamadığını qeyd etdi. Dedi ki, ümidim ancaq “Fatimiyyə” əzadarlığında etdiyim fəryadlaradır... Biz və övladlarımız da həmin yolu davam etdirək, şübhəsiz olduqca böyük nəticələr və müvəffəqiyyətlər əldə ediləcək.

Bu dərin mənalı hədisi də oxumaq istəyirdim, amma vaxt azdır. Buyurur: “اِنَّ اللهَ یغضِبُ لِغَضَبِ فَاطِمَة وَ یرضی لِرِضَاها[1] Yalnız bu cümləni ərz edim ki, Allahın qəzəbinə düçar olan şəxsin vəziyyəti necə olar? Allah-taala buyurur: “وَ مَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبي فَقَدْ هَوى” – Hər kəsi qəzəbim tutarsa, həlak olar və cəhənnəm atəşinə düçar olar. Bu çox təəccüblüdür, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Allah-taala həzrət Fatimei-Zəhranın (əleyhasəlam) qəzəbi səbəbinə qəzəblənir.” Allahı qəzəbləndirən şəxsin aqibəti cəhənnəm odunda yanmaqdır.

Başqa bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Salmana buyurur: “مَنْ أَحَبَّ فَاطِمَةَ ابْنَتِي فَهُوَ فِي الْجَنَّةِ مَعِي” – Əgər bir kəs qızım Fatiməyə (əleyhasəlam) ehtiram bəsləsə, Behiştdə mənim kənarımda birgə olacaqdır. “وَ مَنْ أَبْغَضَهَا فَهُوَ فِی النَّار” – Hər kəs ona qarşı hörmətsizlik və ədavət etsə, cəhənnəmə gedər.

(ardını izləyin)

[1] Biharul-ənvar, cild-21, səh. 279 


Etiketlər :

Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı