Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əlinin (ə) Xanım Zəhranın (ə) fərağında söylədiyi kəlamlar haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanı
Xəbərin xülasəsi:
Həzrət Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
(ardı)
Bu hədisin sonunda Fatimei-Zəhra əleyhasəlamın
şiələri barəsində bəşarət vardır. Peyğəmbər (sallallahu əleyhi və alih)
buyurur: “وَيْلٌ
لِمَنْ يَظْلِمُهَا وَ يَظْلِمُ بَعْلَهَا أَمِيرَ
الْمُؤْمِنِينَ عَلِيّاً علیه السلام وَ وَيْلٌ لِمَنْ يَظْلِمُ ذُرِّيَّتَهَا
وَ شِيعَتَهَا” – (Vay
olsun o kəsə ki, ona və həyat yoldaşına zülm edə, vay o kəsin halına ki, onun
övladlarına və şiələrinə zülm etsin.) Bilirdi özündən sonra Fatimei-Zəhraya (əleyhasəlam)
nə zülmlər olunacaq, Allah-taala Peyğəmbərə necə böyük səbir əta etmişdir?! Bu
Fatimei-Zəhranın (əleyhasəlam) şiələrinə verilən bəşarətdir ki, düşmənləri
Allahın qəzəbinə düçar olurlar.
İmam Sadiq əleyhissəlama ərz edirlər ki, nəql
olunur: “إِنَّ اللهَ يَغْضَبُ
لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا” –Həzrət buyurur, bəli bu nəql
qəti və düzgündür. Çox maraqlıdır ki, bu hədisin sənədinin silsiləsi imam Sadiq
(əleyhissəlam) imam Baqirdən (əleyhissəlam), imam Səccaddan (əleyhissəlam),
imam Huseyndən (əleyhissəlam), imam Əli ibn Əbitalibdən (əleyhissəlam) və həzrət
Rəsulullahdandır (sallallahu əleyhi və alih).
Sonra o şəxs yenidən soruşur ki, Allah bir
qadının qəzəbi ilə necə qəzəblənir? Burada imam Sadiq (əleyhissəlam) bir incəliyə
toxunur, zahirən sual edən şəxs Səndəl adlı bir əhli-sünnədir. Həzrət ona belə
buyurur: “Siz özünüz nəql etməmisinizmi: Allah-taala bir möminin qəzəbi səbəbinə
qəzəblənir?” Deyir, bəli. Həzrət buyurur: “Sizcə Fatimə mömin deyilmi?” O şəxs
Həzrətin sözünü qəbul edir, sonra ərz edir: “للّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَهُ” –
Bu hədisin sonundan məlum olur ki, Səndəl şiə deyilmiş. Bəzi hədislərdə hədisi
nəql edən başqa bir şəxsin olduğu göstərilir.
Belə güman edirəm ki, «إنّ اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ» -hədisini kiçiltmək məqsədilə onun müqabilində «إنَّ اللهَ یَغضِبُ لِغَضَبِ عَبدِهِ المُؤمن» -hədisini qoşub düzəldiblər. Təsəvvür edirəm bu
gümanım doğrudur! Lakin həzrət Rəsulullahdan (sallallahu əleyhi və alih) bizə
yetişən hədis «إِنَّ
اللهَ يَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا » hədisidir. Biz gərək bu hədisin mənasını düzgün
dərk edək ki, Allah-taala Fatimənin (əleyhasəlam) qəzəbi ilə qəzəblənir nə deməkdir?
Sonra Quranda deyilən: “Allahın qəzəbinə düçar olan şəxs böyük və dərdli əzablarla
qarşılaşacaqdır”- ayəsinin mənasını da dərk edərik.
Fatimei-Zəhranın (əleyhasəlam) şəhadətini bu
müsibətin ilk və böyük əzadarı olan imam Zamana (Allah onun zühurunu tezləşdirsin)
təsəlli ərz edirik və o müqəddəs vücuddan istəyirik ki, biz şiələrin
Əhli-beytin (əleyhimussəlam) vilayətinə iman və yəqinliyə çatmağımız üçün, aqibətimizin
xeyirli olması, şiələrin və İslam aləminin, xüsusən müqəddəs İslam Respublikası
hökumətinin çətinliklərinin həll edilməsi üçün dua etsin ki, bütün bəlalar
tezliklə aradan getsin.
Sallallahu əla Muhəmmədin və Alihit-Tahirin
1399-cu şəmsi ili 24 dey, 2021-ci miladi ili 13 yanvar ilə müsadif