Fatiməi-Zəhra (əleyhasəlam) Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir

25 November 2024

02:50

۲۹۱

Xəbərin xülasəsi :
Fatiməi-Zəhra (əleyhasəlam) doğruluq və sədaqət rəmzi, dünya xanımlarının ən sadiqidir və xilqətin ilkin əsrlərindən bütün şərəfli insanlar onun mərifəti mehvərində dövr vurmuşlar
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Fatiməi-Zəhra (əleyhasəlam) Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir

" وَ هِیَ الصِّدِّيقَهُ الْکُبْرَى وَ عَلَى مَعْرِفَتِهَا دَارَتِ الْقُرُونُ الْأُولَى "

“Fatiməi-Zəhra (əleyhasəlam) doğruluq və sədaqət rəmzi, dünya xanımlarının ən sadiqidir və xilqətin ilkin əsrlərindən bütün şərəfli insanlar onun mərifəti mehvərində dövr vurmuşlar”.[1]

Bu hədisin mənası burdur ki, həzrət Fatiməi-Zəhra (əleyhasəlam) məsumə olaraq doğruluq, sədaqət və saflıq nişanəsidir və onu tanımaq və şəxsiyyətini dərk etmək bütün peyğəmbərlərin və onların ümmətlərinin qarşısında İlahi bir vəzifə olmuşdur. Hər bir zamanda insanların səadətli, ya bədbəxt olma nişanələri, həzrət Fatiməi-Zəhranı (əleyhasəlam) tanıyıb dərk etmək, yaxud onun mərifətindən qafil olmaqla məlum olur. Həzrət Fatiməi-Zəhranı (əleyhasəlam) tanıyıb dərk etməyin müxtəlif mənaları və mərhələləri vardır, o cümlədən:

1- Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) adı, ləqəbləri, nəsil və nəcabətini tanımaq;

2- O həzrətin fəzilətlərini və kamillik sifətləri və xüsusiyyətlərini tanımaq;

3- O həzrətin İlahi hüccət olmasını dərk etmək;

4- Həzrətin nur aləminə məxsus və mələkuti şəxsiyyətini tanımaq.

Əgər “darə” felinin “harə” mənasına gəlməsini nəzərə alsaq mümkündür deyək ki, hədisin mənası belə ola bilər ki, həzrət Fatiməi-Zəhranı (əleyhasəlam) tanımaq və onun şəxsiyyətini dərk etmək ilkin əsrlərdən indiyə qədər bütün insanların arzusu olmuş və ona nail olmaq heç kəsə müyəssər olmamışdır.

Burada bir qeydi əlavə edirəm ki, həzrət Fatimei-Zəhranı (əleyhasəlam) tanımağın müxtəlif mərhələləri olduğu kimi, bu şərəfə nail olan insanların iddialarının müxtəlif nişanələri ola bilər. Hazırda bu müvəffəqiyyətə çatan hər bir insanın ən dəyərli nişanəsi həzrət Fatimei-Zəhranın (əleyhasəlam) həyatda malik olduğu İlahi vəsifələri və hədəfləri dərk edib onlara müvafiq yaşayış tərzi seçməklə, onun istəklərini həyata keçirməklə adını və xatirəsini ucaldıb yaşatmaqdır. Ümid edirik, o Həzrətə həqiqi itaət edənlər onun mərifətinə mümkün qədər nail olacaq, tövsiyə və göstərişlərinə əməl edəcəklər, inşa Allah!

Dualarınızda Fatimei-Zəhra əleyhasəlamın şiələrini unutmayın




[1] «Biharul-ənvar” cild, 43, səh. 105; “Fatimətu behcəti qəlbi Mustəfa (s)”, səh. 120


Etiketlər :

Fatiməi-Zəhra (əleyhasəlam) Rəsulullahın (sallallahu əleyhi və alih) qəlbinin sevincidir