Günün hədisi

25 November 2024

02:50

۳۲۳

Xəbərin xülasəsi :
Həzrət Fatimei Zəhra salavatullah əleyhanın dürəfşan kəlamlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Günün hədisi

Həzrət Fatimei Zəhra əleyhasəlamın dürəfşan kəlamlarından

Həzrət Fatimei Zəhra əleyhasəlam buyurur:

عَنْ سَيِّدَةِ اَلنِّسَاءِ صَلَوَاتُ اَللَّهِ عَلَيْهَا قَالَتْ: 

: مَنْ أَصْعَدَ إِلَى اَللَّهِ خَالِصَ عِبَادَتِهِ أَهْبَطَ اَللَّهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ أَفْضَلَ مَصْلَحَتِهِ

“Hər kəs Allaha pak və xalis ibadətini təqdim etsə, Allah-taala da onun ən üstün və gözəl məsləhətini ona hədiyyə edər.”[1]

“Fatir” surəsinin 10-cu ayəsində buyurur:

إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ

“Pak kəlmələr Allaha tərəf yüksəlir və saleh əməl onları ucaldır.”

Bu mübarək ayədən belə nəticə çıxarmaq mümkündür ki, duanın müstəcab olmaq şərtlərindən başlıcası dua edənin ağzının pak, ədəbli olması və hər növ söyüş, qeybət, töhmət və nalayiq danışıqdan uzaq qalmasıdır.

"Xalis ibadət" isə, o ibadətə deyilir ki, yalnız Allah-taalaya məxsus edilsin və Onun əmrinə əsaslansın.

“Allah-taala da ona ən üstün və gözəl məsləhətini hədiyyə edər” ifadəsindən isə məlum olur ki, əməlini ixlas ilə yerinə yetirən insan uca bir sahədən və İlahi diqqət-nəzər altında olur və xüsusi inayətlə idarə edilir. Deməli, əgər əməllərimizi “qürbətən iləllah” yerinə yetirsək, Allah-taalanın xüsusi nəzəri altında yer alacağıq, inşa Allah...

Mənbə: Biharul-ənvar, cild. 67, səh. 229

Dualarınızda həzrət Siddiqei-Kubranın şiələrini unutmayın


Etiketlər :

Həzrət Fatimei Zəhra əleyhasəlamın dürəfşan kəlamlarından