Həzrət Fatimei-Zəhra əleyhasəlam siddiqə və şəhidədir

29 March 2024

10:09

۲۵۸

Xəbərin xülasəsi :
Həzrət imam Kazim əleyhissəlam buyurur: Həqiqətən, Fatimei-Zəhra (əleyhasəlam) siddiqə idi və şəhid oldu
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimei-Zəhra əleyhasəlam siddiqə və şəhidədir

Həzrət imam Kazim əleyhissəlam buyurur:

» إِنَّ فَاطِمَةَ (علیها السلام) صِدِّیقَةٌ شَهِیدَةٌ«

“Həqiqətən, Fatimei-Zəhra (əleyhasəlam) siddiqə idi və şəhid oldu...”[1]
Allah yolunda cihad etmək iki növdür; ibtidai və difai.
İbtidai cihad odur ki, Allah tərəfindən imaməti və vilayəti olan din rəhbərinin, ya onun tərəfindən təyin edilən şəxsin hökmü ilə İslam düşmənlərinə qarşı cihad hökmü verilsin.
Amma difai, yəni müdafiə xarakterli cihad, İslamda müqəddəs olan hər bir məsələni qorumaq və onun müdafiəsi üçün səfərbər olmaqla baş verə bilər. İslam dininin ən mühüm məsələləri və hökmlərinin icra edilməsi İmamət və vilayət məqamına bağlı olduğu üçün bu məqamı müdafiə etmək, ən üstün cihad növüdür. Şərait qarşıya gəldikdə müdafiə cihadı bütün müsəlmanlara lazım olur, qadın və kişi şərt deyil.[2]

[1] Əl-Kafi, cild-2, səh. 489-490, hədis-3

[2] Rəvzətul-bəhiyyə, cild-1, səh. 230



Etiketlər :

Həzrət Fatimei-Zəhra əleyhasəlam siddiqə və şəhidədir