Mübarək rəcəb ayının yetişməsi
25 November 2024
00:49
۲۴۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Mübarək rəcəb ayının yetişməsi
Hicri-qəməri 1443-cü il mübarək rəcəb ayının 1-i miladi 2022-ci il fevral ayının 3-ü ilə müsadifdir. İslam tarixində Rəcəb ayının mübarək Şəban və Rəməzan ayları kimi son dərəcə böyük fəzilətləri vardır.
İmam Kazim əleyhissəlamdan nəql olunub: “Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs bu ayda üç gün oruc tutsa, cənnət ona vacib olar.” Başqa yerdə buyurur: - “Rəcəb, cənnətdə süddən ağ, baldan şirin bir bulağın adıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq.” İmam Sadiq əleyhissəlamdan nəql olunur ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) belə buyurdu:- “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.” Bu aya “Əsəbb” (çox tökülən) də deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Rəcəb ayında bu zikri çoxlu deyin:- “Əstəğfirullahə və əs`əluhut tovbə.”
Mərhum İbni Babəveyh mötəbər sənədlə Salimdən nəql edir ki, belə dedi:- “Rəcəb ayının sonuna bir neçə gün qalmış İmam Sadiqin (əleyhissəlam) hüzüruna getdim. Həzrətin mübarək gözləri məni görcək buyurdu:- “Heç bu ayda oruc tutmusan?” Dedim:- “Xeyr, ey peyğəmbər oğlu!” Buyurdu: - “Sənin nə qədər savab itirdiyini Allahdan başqa heç kim bilmir. Həqiqətən, Allah-taala bu ayı başqa aylardan üstün tutan, ona hörmətlə yanaşan və bu ayda oruc tutan şəxsi əziz sanmağı özünə vacib bilir.”
Sonra soruşdum:- “Ey peyğəmbər oğlu! Əgər ayın qalan hissəsində oruc tutsam, oruc tutanların savabına yetişərəm?” Buyurdu: - “Ey Salim! Əgər bu ayın axırıncı günündə kim oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər kim axırıncı iki günündə oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. Axırıncı üç günündə oruc tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.”
Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun savabına çatar:
سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ
Subhanəl ilahil cəlil, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.
“Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.”
-----------------------
Mənbə: Möhtəşəm "Məfatihul-cinan" kitabı.