Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri

25 November 2024

01:01

۲۸۰

Xəbərin xülasəsi :
Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur. Bəzi alimlərin dediyinə əsasən, qüsl etmək lazımdır. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, hər kim Rəcəb ayına daxil olsa və ayın əvvəlində, ortasında və axırında qüsl alsa, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri
1. Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur.
2. Bəzi alimlərin dediyinə əsasən, qüsl etmək lazımdır. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, hər kim Rəcəb ayına daxil olsa və ayın əvvəlində, ortasında və axırında qüsl alsa, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.
3. Həzrət imam Huseyn əleyhissəlamı ziyarət etmək.
4. Məğrib namazından sonra iyirmi rükət (iki-iki rükət) namaz qılmaq; hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər.
5. İşa namazından sonra iki rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rükətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamlardan sonra isə otuz dəfə La ilahə illəllah demək və otuz dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılsa, yeni anadan olmuş uşaq kimi günahları silinər.

6. Otuz rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxumaq lazımdır.

7. Mərhum Kəfəminin “Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhəb ibn Vəhəb İmam Sadiqdən leyhissəlam ), o da Əmirəlmöminin Əlidən leyhissəlam) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, o gecələri ehya saxlayıb ibadətlə məşğul olardı. Qeyd olunan dörd gecə bunlardır; Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecələri. İmam Məhəmməd Cavadın leyhissəlam) belə buyurduğu nəql olunur ki, aşağıdakı duanı Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir: 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي‏] بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي

Əllahummə inni əs`əlu­kə bi­ən­nəkə məlik, və ənnə­kə əla kul­li şəy`in muqtə­dir, və ən­nə­kə əla ma təşau min əmrin yə­kun, Əllahum­mə inni ətəvəc­cə­hu iləykə binəbiyyikə Mu­həm­mədin nə­biy­­yir rəhməh, səl­ləl­la­hu ə­ləyhi və alih, ya Mu­həm­mə­du ya rəsuləllah, in­ni ətə­vəc­cəhu bikə iləllahi rəb­bi­kə və rəbbi, liyuncihə (ila) bi­kə təli­­ti, Əllahummə bi­nə­­biy­yikə Mu­həmmədin vəl əim­məti min əhli bəytih, səl­ləllahu ələyhi və ələy­him əncih təlibəti.

 İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et!

Sonra öz hacətlərini istə!
--------------------------------

Mənbə: Möhtəşəm "Məfatihul-canan" kitabı

Qeyd: Hədislərdə dini münasibətlərlə qeyd edilən fəzilət və savablara çatmaq üçün gələn bir sıra əməllərin çoxluğu möminlərə çətin və ağır gəlməsin. Hər bir mömin öz ruhiyyəsi, qüvvəsi və tələbatı miqdarında həmin əməlləri yerinə yetirməklə savab əldə edər və İlahi dərgaha yaxınlaşar, inşa Allah.











Etiketlər :

Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri