Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinin bəyanı

25 November 2024

01:27

۲۸۱

Xəbərin xülasəsi :
Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) həmişə yaxşı və gözəl işləri tərifləyər və qiymətləndirərdi, pis və qəbih işləri isə məzəmmət və tənqid edərdi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinin bəyanı

Rəsuləllahdan (sallallahu əleyhi və alih) belə nəql edilir:

كان رسول َالله (صلي الله عليه و أله)  یُحَسِّنُ الحَسَنَ وَ یُقَوّیهِ وَ یُقَبِّحُ القَبیحَ وَ یُوهِنُهُ

“Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) həmişə yaxşı və gözəl işləri tərifləyər və qiymətləndirərdi, pis və qəbih işləri isə məzəmmət və tənqid edərdi.”[1]

Bu hədis bir növ olduqca böyük əhəmiyyət kəsb edən şəriət hökmünə, yəni “Əl-əmru bil-məruf vən-nəhyu ənil munkər”ə əməl etməkdir. Bu hökmə əsasən, hər bir müsəlman öz tutduğu ictimai və fərdi mövqeiyyətə uyğun olaraq cəmiyyətdə insanları “yaxşılıqlaradəvət etməli və pisliklərdən çəkindirməlidir”. Əgər bir şəxs bu hökmü dil ilə icra etsə, ona vəfa etmiş olar. Amma bu hökmü əməl ilə yerinə yetirmək, onu ehya etmək və cəmiyyət arasında yaşatmaq deməkdir. Ümid edirəm mömin qardaşlar hər bir yaxşı və bəyənilən işi dəyərləndirib tərifləməklə, eyni zamanda hər bir pis və xoşagəlməz işi tənqid edib pisləməklə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsi və ən-ənəsinə əməl etmiş və onu yaşatmış olaq, inşa Allah.

Allah möminlərin dualarını müstəcab etsin, Amin.


Mənbə: [1] Sunənun-Nəbi (sallallahu əleyhi və alih), səh. 50


Etiketlər :

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinin bəyanı