Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

24 November 2024

03:33

۲۸۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il rəcəb ayının 10-u, miladi 2022-ci il fevralın 12-i imamət və vilayət səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1443-cü il rəcəb ayının 10-u, miladi 2022-ci il fevralın 12-i imamət və vilayət səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibətilə ilk növbədə ağamız həzrət imam Sahib-Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-Beyt əleyhimussəlama, daha sonra dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik!

Doqquzuncu imamın adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuşdur. Hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] İmam Rza əleyhissəlamın ailəsində, eləcə də şiələr arasında imam Cavad (əleyhissəlam) xeyir-bərəkətli uşaq adlanmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Rza əleyhissəlamın yanında idim. Bu vaxt, Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Rza (əleyhissəlam) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”[2]

Həzrət imam Muhəmmədtəqi əleyhissəlamdan bir hədis:

یَا أَبَا الْقَاسِمِ إِنَّ الْقَائِمَ مِنَّا هُوَ الْمَهْدِیُّ الَّذِی یَجِبُ أَنْ یُنْتَظَرَ فِی غَیْبَتِهِ وَ یُطَاعَ فِی ظُهُورِهِ وَ هُوَ الثَّالِثُ مِنْ وُلْدِی

Həzrət imam Muhəmməd Təqi əleyhissəlam cənab Əbduləzim Həsəniyə (əleyhissəlam) xitab edərək buyurdu: 
“Ey Əbulqasim! Həqiqətən, bizdən (Əhli-beytdən son imam) olan “Qaim” o Məhdidir ki, qeybdə ikən intizarında olmaq və zühur edərkən itaətində olmaq vacibdir. O, mənim övladlarımdan üçüncüsüdür.”[3]

--------------------------

Mənbə: 
[1]Əl-Kafi, 1-ci cild, səh. 492
[2]Əl-İrşad, səh. 319
[3] Biharul-ənvar, cild-54, səh. 156


Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü