Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

24 November 2024

02:08

۲۵۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il rəcəb ayının 13-ü, miladi 2022-ci il, fevral ayının 15-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

Hicri-qəməri 1443-cü il rəcəb ayının 13-ü, miladi 2022-ci il, fevral ayının 15-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür.
Bu əzəmətli və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət imam Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-beyt əleyhimussəlama, daha sonra bütün ədalətsevər millətlərə, xüsusən, azəri xalqımızın əziz mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik
Arzu edirik Allah-təala bütün möminlərə həzrət Əlini (əleyhissəlam) sevənlər sırasında yer versin və qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətini günü-gündən artıq etsin, inşa Allah. Amin ya Rəbbəl-aləmin!

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əmirul-möminin (əleyhissəlam) barəsində buyurur:
وَلَوْ لا اَنْتَ يا عَلِيُّ لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدي
“Ey Əli! Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar, çünki mömin şəxsin qeyri-mömindən seçilməsi üçün meyar olmazdı.”[1]

Mənbə: Biharul-ənvar, cild-9, səh. 537


Etiketlər :

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu