Həzrət Zeynəb-Kubra əleyhasəlamın ibadəti

25 November 2024

00:09

۳۱۱

Xəbərin xülasəsi :
Xanım Zeynəbin (əleyhasəlam) Allah ilə rabitəsi elə bir tərzdə idi ki, dövrün Məsum imamı həzrət Huseyn əleyhissəlam Aşura günü vida zamanında bacısına üz tutub deyir: “Əziz bacım! Gecə namazında məni unutma”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəb-Kubra əleyhasəlamın ibadəti

Həzrət Zeynəb (əleyhasəlam) iman, təqva, elm, mərifət, ibadət, səbir, bəxşiş və digər fəzilətlərlə tamamlanmış kamil bir insandır. O həzrətin ibadəti barədə nəql olunur ki, gecələr ibadətə məşğul olardı və bütün həyatı boyu heç vaxt gecə ibadətlərini tərk etməmişdir. O qədər ibadət edərdi ki, ona “Əli ailəsinin ibadətkarı” ləqəbi vermişlər.[1] Hətta məhərrəm ayının onuncu və on birinci gecələrində belə, o həzrət gecə ibadətlərini tərk etmədi. İmam Huseyn əleyhissəlamın qızı Fatimə deyir: “Bibim Zeynəb (əleyhasəlam) bütün Aşura gecəsində öz ibadət yerində ayaq üstə ibadət və Allah-taala ilə münacat edirdi.”[2] Xanım Zeynəbin (əleyhasəlam) Allah ilə rabitəsi elə bir tərzdə idi ki, dövrün Məsum imamı həzrət Huseyn əleyhissəlam Aşura günü vida zamanında bacısına üz tutub deyir: “Əziz bacım! Gecə namazında məni unutma”.[3]


[1] Zeynəb Kubra bintil-İmam, səh. 61

[2] Riyaheyniş-şəriət, cild-3, səh. 62

[3] Həmin mənbə

Etiketlər :

Həzrət Zeynəb-Kubra əleyhasəlamın ibadəti