Qurani-Kərimin bəşəriyyətə ciddi tövsiyələrindən

24 November 2024

23:37

۲۵۵

Xəbərin xülasəsi :
(Ey insanlar!) “Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!”, yəni bütün insanlar, xüsusən də müsəlmanlar Allahın yanında yaxşı və xeyirli sayılan işlərin icrasında tələsməli və bu işlərin daha tez həyata keçməsi üçün əllərindən gələni etməlidirlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim


Qurani-Kərimin bəşəriyyətə ciddi tövsiyələrindən

Bəzən xalq arasında tez-tez eşidilir və məsəl kimi deyilir ki, işlərdə tələsmək düzgün deyil. Həmçinin, bəziləri bu ifadəni həm aqibəti məlum, həm də qeyri-məlum olan işlərə şamil edirlər.

Əlbəttə, bu ifadənin əsl mənası, görülən işlərin məfsədə və məsləhətini ətraflı araşdırıb sonra onun yerinə yetirməsidir. Lakin qeyd olunduğu kimi bəziləri səhv olaraq, hətta xeyirli işlərin yerinə yetirilməsi haqda da onu işlədirlər. Görəsən, İslam dini bu məsələyə necə baxır?

Həzrət imam Baqir əleyhissəlamdan nəql olunur ki, Rəsulullah (sallallahu əleyhi və alih) buyurdu: 

عَنْ أَبِي جَعْفَرٍ )عَلَيْهِ اَلسَّلاَمُ( قَالَ قَالَ رَسُولُ اَللَّهِ )صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِه( : إِنَّ اَللَّهَ يُحِبُّ مِنَ اَلْخَيْرِ مَا يُعَجَّلُ.


(Ey insanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın![1]

Deməli, Allah yanında xeyirli və savabı olan əməllərin yerinə yetirilməsində təxir və səhlənkarlıq heç də qəbul edilən deyil. Məsələn, namazın əvvəl vaxtında yerinə yetirilməsində diqqətsizlik etmək və onun fəzilətli vaxtını əldən çıxarmaq heç də müsbət deyil. Hətta bəzi hədislərdə bu hərəkət şiddətlə pislənir. Odur ki, bütün insanlar, xüsusən də müsəlmanlar Allahın yanında yaxşı və xeyirli sayılan işlərin icrasında tələsməli və bu işlərin daha tez həyata keçməsi üçün əllərindən gələni etməlidirlər.

Allahdan istəyirəm xeyirli işlərin həyata keçirilməsində mömin bacı və qardaşlara tövfiq əta etsin və bu sahədə onlara xeyir və bərəkət mərhəmət buyursun, in şa Allah...



[1] Əl-Kafi, cild-2, səh. 143 

[1] Bəqərə surəsi, ayə 114


Etiketlər :

Qurani-Kərimin bəşəriyyətə ciddi tövsiyələrindən