Mübarək şəban ayının gəlişini təbrik deyirik

24 November 2024

21:19

۲۳۳

Xəbərin xülasəsi :
Miladi 2022-ci il mart ayının 4-ü hicri 1443-cü il şəban ayının 1-i ilə müsadifdir. Bütün müsəlmanlara, xüsusən hörmətli həmvətənlərə mübarək şəban ayının gəlişini təbrik deyir, bu gözəl və bərəkətli ayda bütün əzizlərə yeni-yeni müvəffəqiyyətlər və səadətli günlər arzulayıyıq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək şəban ayının gəlişini təbrik deyirik

Miladi 2022-ci il mart ayının 4-ü hicri 1443-cü il şəban ayının 1-i ilə müsadifdir.

Bütün müsəlmanlara, xüsusən hörmətli həmvətənlərə mübarək şəban ayının gəlişini təbrik deyir, bu gözəl və bərəkətli ayda bütün əzizlərə yeni-yeni müvəffəqiyyətlər və səadətli günlər arzulayıyıq. Müsəlman bacı-qardaşlara həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) ayı adlanan bu mübarək ayın fəziləti və əməlləri barəsində Məsumların (əleyhimussəlam) və həmçinin böyük və dəyərli alimlərimizin diqqəti cəlb edən tövsiyələrini xatırlamaq və bu ayın fəzilətindən lazımınca bəhrələnmək üçün mötəbər mənbələrdə qeyd olunan xüsusi ibadətləri və layiqli əməlləri yerinə yetirmək məsləhət olunur.

Şiələrin iftixarlı alimi mərhum Seyyid ibn Tavus dəyərli “İqbalul-əmal” kitabında şəban ayının barəsində yazır:

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdular: “Hər kəs şəban ayının birinci gecəsində iki rəkət namaz qılsa, İblisin və onun ləşkərinin şərrindən amanda qalar və Allah-təala ona “Sadiqlərin” (siddiqin) savabını əta edər. İki rəkət qeyd edilən namazın əda edilməsi bu tərzdədir: birinci rəkətdə bir dəfə“Fatihətul-kitab” (Həmd surəsi) və otuz dəfə “Tövhid” (Qul huvəllahu əhəd) surəsini oxusun və salamlardan sonra: اللَّهُمَّ هَذَا عَهْدِي عِنْدَكَ إِلَى يَوْمِ الْقِيَامَة(Allahummə, haza əhdi indəkə ilə yəvmil-qiyaməh) deyə, namazı tamamlasın.

“İlahi! Bu, Qiyamətə qədər Sənin yanında saxladığım əhdim və əməlimdir!”

Həmçinin, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdular: “Hər kəs şəban ayının birinci gecəsində iki rəkət namaz qılsa və hər rəkətdə bir dəfə“Fatihətul-kitab” (Həmd surəsi) və on beş dəfə “Tövhid” (Qul huvəllahu əhəd) surəsini oxusa, Allah-təala ona on iki min şəhidin savabını əta edər, onun üçün on iki min ilin ibadətini yazar və yeni anadan olan şəxs kimi onu günahlardan təmizləyər. Eləcə də (bu namazda) oxuduğu hər bir Quran ayəsinin müqabilində ona Beheşt saraylarından birini bağışlayar.”

İltimas dua!

Etiketlər :

Mübarək şəban ayının gəlişini təbrik deyirik