Şəbaniyyə salavatları
24 November 2024
20:01
۳۱۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Şəbaniyyə salavatları
Mübarək şəban ayında olduqca çoxlu fəzilətli əməllər qeydə alınmışdır. Əzizlər bu əməllərin savabından bəhrələnmək üçün möhtəşəm “Məfatihul-cinan” kitabına müraciət edə bilərlər. Lakin möminlərin istəklərini cavablandırmaq məqsədilə burada bu əzəmətli ayın böyük əhəmiyyət daşıyan əməllərindən biri olan “Şəbaniyyə salavatları”nı xüsusilə xidmətinizə təqdim edirik. Həzrət imam Zeynulabidindən (əleyhissəlam) nəql olunmuş bu salavatları şəban ayının hər günündə zöhr vaxtı və on beşinci günün gecəsində oxumağın olduqca böyük savabı vardır. “Şəbaniyyə salavatları” duasının mətni və tərcüməsi belədir:
Duanın azəri əlifba ilə oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, şəcərətin nubuvəti və məvziir risaləti və muxtələfil məlaikəh, və mə`dinil ilmi və əhli bəytil vəhy, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl fulkil cariyəti fil lucəcil ğamirəh, yə`mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha, Əl mutəqəddimu ləhum mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl lazimu ləhum lahiq. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu`təsimin, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, ət təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqəhum və fərəztə taətəhum və vilayətəhum, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və`mur qəlbi bitaətik, və la tuxzini bimə`siyətik, vərzuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssə`tə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, şə`banulləzi həfəftəhu minkə bir rəhməti vər rizvan, əlləzi kanə rəsulullahi səlləllahu ələyhi və alihi və səlləm, yəd`əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamih, buxuən ləkə fi ikramihi və i`zamih, ila məhəlli himamih, Əllahummə fəəinna ələl istinani bisunnətihi fih, və nəyliş şəfaəti lədəyh, Əllahummə vəc`əlhu li şəfiən muşəffəa, və təriqən iləykə məhyəa, vəc`əlni ləhu muttəbia, hətta əlqakə yəvməl qiyaməti ənni raziya, və ən zunubi ğaziya, qəd əvcəbtə li minkər rəhmətə vər rizvan, və ənzəltəni darəl qərari və məhəlləl əxyar.
Duanın tərcüməsi: İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Məhəmməd və Məhəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmi gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!
İltimas dua!