Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
24 November 2024
00:51
۲۶۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
Hicri-qəməri 1443-cü il şəban ayının 15-i, miladi 2022-ci il martın 18-i bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (əccələllahu təala fərəcəhuş-şərif) təvəllüd günüdür. Bu əzəmətli və şad günü öncə o Həzrətin əziz anası, Cənnət xanımlarının ən şərəflisi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru və qəlbi həzrət Fatimei-Zəhraya (salavatullah əleyha) təbrik deyirik, eyni zamanda bu sevimli münasibətlə sevincimizi bütün mömin bacı-qardaşlarla bölüşərək arzu edirik hamılıqla bu günün fəzilətindən tam şəkildə faydalanaq, inşa Allah.
Şəban ayının on beşinci günü
Bu gün on ikinci imam, mövlamız, ağamız Sahibəz-zaman Mehdinin (əccələllahu taala fərəcəhu) mövlud günüdür.
O həzrəti hər bir zamanda və hər bir məkanda ziyarət etmək və ziyarət edərkən zühurunun tezləşməsi üçün dua etmək müstəhəbdir. Samirrada yerləşən Sərdabda ziyarət etmək daha da təkid olunmuşdur. Çünki həzrət yəqinən oradan zühur edəcək və zülmlə dolmuş Yer üzündə ədaləti bərqərar edəcəkdir, in şa Allah.
Şəban ayının on beşinci gününün əməlləri
Şəban ayının on beşinci gününün fəziləti və müstəhəb əməlləri olduqca çoxdur və bu haqda bir sıra hədislər qeydə alınmışdır. Onlardan bəzilərinə işarə edirik:
1-Qüsl etmək;
2-Oruc tutmaq;
3-Zöhr vaxtında həzrət imam səccad əleyhissəlamdan nəql olunan “Şəbaniyyə salavatları” duasını oxumaq;
4-Çoxlu istiğfar etmək;
5-Həzrət imam Huseyn əleyhissəlamın ziyarəti;
6-Həzrət imam Sahib əz-Zamanın (Allah onun zühurunu tezləşdirsin) ziyarəti və o həzrətin zühuru üçün çox dua etmək.
7-Hər namazın sonunda həzrət Fatimei-Zəhranın (əleyha səlam) təsbihatını zikr edib savabını həzrət Sahib Zamana (əleyhissəlam) hədiyyə etmək.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və Məsum imamlar (əleyhimussəlam) bu günün orucuna çox diqqətli olmağı tövsiyə etmişlər. Belə hədislərin birində həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) buyurur:
»إِذَا کانَ لَیلَةُ النِّصْفِ مِنْ شَعْبَانَ فَقُومُوا لَیلَهَا وَ صُومُوا نَهَارَهَا فَإِنَّ اللَّهَ ینْزِلُ فِیهَا مِنْ غُرُوبِ الشَّمْسِ إِلَى السَّمَاءِ فَیقُولُ أَ لَا مُسْتَغْفِرٍ فَاغْفِرْ لَهُ أَ لَا مسترزق فأرزقه حَتَّى یطْلُعَ الْفَجْر«
“Hər zaman şəban ayının on beşi yetişsə, o günün gecəsini ehya edin və səhərini oruc tutun. Həqiqətən, həmin günün günəş batan çağından fəcrin tulusuna qədər səmadan Allah-taalanın: “Günahlarından bağışlanmaq istəyən varmı ki, onu bağışlayım; ruzi istəyən varmı ki, ona ruzi əta edim”-deyə, nidası səslənir.”[1]
Ümid edirik mömin bacı-qardaşlar bu gecə və gündüzün savabından kifayət qədər faydalana bilsinlər, inşa Allah.
Allah taət və ibadətlərinizi qəbul etsin, möminləri dua etməkdən qafil olmayın...
[1] “İqbalul-əmal” (Seyyid ibn Tavus), cild-2, səh. 701