Həzrət Əli ibn Musa Rza əleyhissəlamdan tövsiyələr
24 November 2024
02:08
۲۵۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Şəban ayının son günləri ilə əlaqədar həzrət imam Əli ibn Musa Rza əleyhissəlamdan səkkiz tövsiyə
Əba Səlt deyir: Şəban ayının son cümə günündə həzrət imam Rza əleyhissəlamın xidmətinə getdim. Həzrət buyurdu: Ey Əba Səlt! Şəban ayının çox günü ötüb arxada qaldı və bu gün ayın son cümə günüdür. Bu ayda olan səhlənkarlıqları qalan günlərdə əvəzin çıx, mümkün qədər ibadət və itaətinə diqqət et və bu əməlləri yerinə yetir:
1- Çox dua et;
2- Çox istiğfar et və Allahdan bağışlanmağını istə;
3- Quani-kərimin tilavətini çox et;
4- Etdiyin günahlardan tövbə et və qarşıda gələn Allahın ayına xalis və pak daxil ol;
5- Boynunda olan hər bir əmanətə əda et və onu yerinə yetir;
6- Möminlərə qarşı qəlbində olan bütün kinləri ürəyindən çıxar;
7- Mübtəla olduğun hər bir günahdan əl çək, Allahın təqvasını riayət et, aşkarda və gizlində Allaha təvəkkül et;
8- Bu ayın yerdə qalan günlərində bu duanı et və Allahdan kömək istə:
“اللَّهُمَّ إِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنَا فِیمَا مَضَی مِنْ شَعْبَانَ فَاغْفِرْ لَنَا فِیمَا بَقِیَ مِنْهُ...”
“Allahım! Əgər şəban ayının keçən günlərində bizi bağışlamadınsa, ayın qalan günlərində bizi bağışla...”[1]
[1] Uyun əxbar Rza əleyhissəlam, cild-2, səh. 51; Biharul ənvar, cild-94, səh 73