Ramazan ayının ikinci gününün duasının peyğamları

04 July 2024

06:54

۲۱۵

Xəbərin xülasəsi :
Həzrət Rəsuləllah buyurub: İnsanın qəlbi dəmir kimi pas atır və onu təmizləmək və parlatmaq yolu Quranın tilavətidir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının ikinci gününün duasında işlənən əsas kəlmələr:

Allahın razılığı, qəzəbi və əzabı;

Quranın qiraəti;

Rəhm edənlərin ən rəhimlisi.

Duanın peyğamları:

1-Allah-taalanın rəhməti geniş olduğu kimi qəzəbu də böyük və şiddətlidir;

2-Ramazan ayı Quran ayıdır, bu mübarək ayda Quranın haqqını əda etməliyik; Quranın haqqı onun qiraəti, onu düşünmək və göstərişlərinə əməl etməkdir;

3-Həzrət Rəsuləllah buyurub: İnsanın qəlbi dəmir kimi pas atır və onu təmizləmək və parlatmaq yolu Quranın tilavətidir; (İrşadul-qulub, cild-1, səh. 191)

4- “Ya Ərhəmər-Rahimin” zikri Allah-taalanın nəzərini cəlb etmək, ardınca da hacətlərin qəbul olması səbəbidir. (Mustədrəkul-Vəsail, cild-5, səh. 219)

Dualarınızda möminləri unutmayın


Etiketlər :

Ramazan ayının ikinci gününün duasının peyğamları