Ramazan ayının üçüncü gününün duası

24 November 2024

17:59

۲۳۸

Xəbərin xülasəsi :
İlahi, bu gün mənə yaxşı zehin, ayıqlıq və aydın fikir əta et; məni ağılsız və səfeh işlərdən uzaq et; bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının üçüncü gününün duası: 

 “اللَّهُمَّ ارْزُقْنِي فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِي فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِي نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ

Əllahummərzuqni fihiz-zih­nə vət-tənbih, və baidni fihi mi­nəs-səfahəti vət-təmvih, vəc`­əl-li nəsibən min kulli xəy­rin tunzilu fihi bicudikə, ya əcvədəl əcvədin.

“İlahi, bu gün mənə yaxşı zehin, ayıqlıq və aydın fikir əta et; məni ağılsız və səfeh işlərdən uzaq et; bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!”

Üşüncü günün duasında işlənən əsas kəlmələr:

Zehn, aydın və ayıq düşüncə; Xeyir və yaxşılıq; Səxavətlilərin səxavətlisi

Duanın sifariş və peyğamları:

1-İnsan Allah-taalanın ona inayət buyurduğu ağıl səbəbinə məxluqatın ən şərəflisi oldu. O ağıl vasitəsilə İlahi mərifəti kəsb edə bilər;

2-Hikmətli və ağıllı insan işlərini tədbir və düşüncə əsasında yerinə yetirir, lakin səfeh və ağılsızın rəftar və əməlləri qeyri məntiqi və düşünülməzdir.

3-Səfeh ilə düşüncəsiz (təmvih) insanın fərqi bundadır ki, səfeh insan öz əməlinin batil olmasından xəbərsizdir, lakin düşüncəsiz insan pis və yaraşmaz bir şeyə zinət verərək onu zahirdə yaxşı göstərməyə çalışır;

4-Heç bir xeyir və yaxşılığı kiçik dəyərləndirmək olmaz. Mümkündür bir kiçik saleh əməl insanın çoxlu günahlarının bağışlanmasına səbəb ola bilər; (Biharul-Ənvar, cild-1, səh. 182)

5-Heç günahı kiçik sanmaq olmaz, çünki mümkündür həmin əməl Allahın qəzəbinə səbəb olsun;

6-Yaxşı əməllər ilə öyünüb məğrur olmaq xalis niyyətə nöqsan yetirir və əməlin aradan getməsinə səbəb olur;

7-Allah-taala səxavətli və cavaddır, yəni Öz bəndəsindən heç bir bəxşiş və inayəti əsirgəmir;

8-Həqiqi səxavət və cud sahibi yalnız Allahdır və başqalarının bəxşişləri öz tərəflərindən deyil, həqiqətdə Allahın onlara əta etdiyindəndir.

Möminləri də dua etməyi unutmayın


Etiketlər :

Ramazan ayının üçüncü gününün duası