Ramazan ayının dördüncü gününün duasının qısa izahı

24 November 2024

17:55

۲۵۱

Xəbərin xülasəsi :
İlahi! Bu gün Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver; Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır; Səni şükr etməyi məndə Öz kərəminlə hazırlıq yarat; Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə məni qoru; Ey görənlərin ən bəsirətlisi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının dördüncü gününün duasının qısa izahı 

اللَّهُمَّ قَوِّنِي فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ وَ أَذِقْنِي فِيهِ حَلاوَةَ ذِكْرِكَ وَ أَوْزِعْنِي فِيهِ لِأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ وَ احْفَظْنِي فِيهِ بِحِفْظِكَ وَ سِتْرِكَ يَا أَبْصَرَ النَّاظِرِينَ

Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zik­rik, və əvzi`ni fihi liə­dai şukrikə bikərəmik, vəh­fəz­ni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.

“İlahi! Bu gün Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver; Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır; Səni şükr etməyi məndə Öz kərəminlə hazırlıq yarat; Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə məni qoru; Ey görənlərin ən bəsirətlisi!”

Dördüncü günün duasının əsas kəlmələri:

Qüvvət; Zikrin şirinliyi; Şükrü əda etmək; İlahi örtük; Götənlərin ən bəsirətlisi.

Duadan istifadə olunan sifariş və peyğamlar:

1-Qüvvət Allahdandır. Kumeyl duasında belə oxuyuruq: İlahi! Bütün bədən üzvlərimin Sənə xidmət etməsi üçün mənə qüvvət ver;

2-Səhih və düz yolda addım atan insana Allah-taala fərsəxlər qədər inayət edir; (Biharul-Ənvar, cild-8, səh. 190)

3-Allah-taala ilə raz-niyaz və munacat etməyin şirinliyini dadan insanın gözündə dünyanın ləzzətləri olduqca kiçikdir;

4-Şükür etmək, haqqı və qədir-qiyməti tanımaq deməkdir. İlahi nemətlərin qədrini bilmək üçün Allah-taaladan kömək diləməliyik; (Nəml surəsinin 18-cu ayəsindən ələ gəlir)

5-İnsan olduqca çoxlu nemətlərdən qafildir, belə ki, həyatda hətta bir dəfə də olsun o nemətlərin şükrünü yerinə yetirmir.

6-Allahın bizdən uzaqlaşdırdığı bəlalar, imanlı olmaq, nemətlərə şükür etmək, valideynə hörmət və s. əməllərin nəticəsindədir.

7-Allah-taala eyibləri örtür. Əgər belə olmasaydı, günahların üfunətli iyindən hətta iki nəfər belə, bir-birinin yanında dura bilməzdi. (Biharul-Ənvar, cild, 4, səh. 385)

Dualarınızda möminləri binəsib etməyin



Etiketlər :

Ramazan ayının dördüncü gününün duasının qısa izahı