Ramazan ayının beşinci gününün duasının qısa izahı

24 November 2024

17:16

۲۲۷

Xəbərin xülasəsi :
İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən et; məni saleh və itaətkar bəndələrindən et; bu gün Sənin yaxın dostlarından olum. Sənin lütfün və mehribanlığınla Ey mərhəmət edənlərin ən mərhəmətlisi!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının beşinci gününün duasının qısa izahı 

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُسْتَغْفِرِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əl­ni fihi min ibadikəs-salihin əl-qanitin, vəc`­əl­ni fihi min əvliyaik əl-muqər­rəbin, birə`fətikə ya ərhəmər-rahimin.

“İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən et; məni saleh və itaətkar bəndələrindən et; bu gün Sənin yaxın dostlarından olum. Sənin lütfün və mehribanlığınla Ey mərhəmət edənlərin ən mərhəmətlisi!”

Beşinci günün duasının əsas kəlmələri:

İstiğfar edənlər; saleh və itaətkar bəndələr; muqərrəb və yaxın dostlar; İlahi mərhəmət və rəhmət.

Duadan istifadə olunan sifariş və peyğamlar:

1-Kim imana gəlib tövbə etsə və Allahdan bağışlanmaq istəsə və saleh əməllərə üz gətirsə, Allah onun pis və günah əməllərini yaxşı və qəbul olunan əmməllərə dəyişər; (Furqan surəsi, ayə 70)

2-Tövbə etməyin şərti budur ki, günahdan peşman olsun, ondan uzaqlaşmağı qəti qərara alsın və pozduğu haqqullah (İlahi hüquqları) və haqqunnası (camaatın hüquqlarını) əda edib, yerinə yetirsin;

3-Çoxlu istiğfar etmək insanın qəm-qüssədən uzaq olub, rahatlıq tapmasına səbəb olur; (Biharul-Ənvar, cild-4, səh.1)

4-Allah-taala sevdiyi saleh bəndələrə gözəl ibadət etməyi öyrədir; (Ğurərul-hikəm, “əbd” sözü bölməsi)

5-Həzrət Əli əleyhissəlamdan nəql olunur ki, buyurub: “İbadət kimi heç bir şey insanı Allaha yaxınlaşdırmır; (Həmin mənbə)

6-Allaha yaxın olanlar (muqərrəbin) Allahı eşq ilə ibadət və pərəstiş etdikləri üçün Beheştin məxsus yerində olacaqlar; (Fəcr surəsi, ayə 23)

7-Şərab içən və xalqın əmanətinə xəyanət edən şəxs Allahın rəhmətindən məhrumdur. (Nəsayeh, səh. 269)

Allah-taala ibadət və itaətlərinizi qəbul etsin

Möminləri də dua edin


Etiketlər :

Ramazan ayının beşinci gününün duasının qısa izahı