Həzrət Xədicəi-Kubra əleyhasəlamın vəfatı
24 November 2024
17:17
۳۱۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
أفضَلُ نِساءِ أهلِ الجَنّةِ: خَديجَةُ بِنتُ خُوَيلدٍ ، و فاطِمَةُ بِنتُ محمّدٍ صلى الله عليه و آله ، و مَريمُ بِنتُ عِمرانَ ، و آسِيَةُ بِنتُ مُزاحِمٍ امرأةُ فِرعَونَ
“Beheştin ən fəzilətli və üstün qadınları Xədicə bint Xuvəylid, Fatimə bint Muhəmməd (sallallahu əleyhi və alih), Məryəm bint İmran, Asiya bint Muzahim-Fironun yoldaşı olmuşlar.”[1]
Əgər bu əzəmətli şəxsiyyətə mərifət tapmaq istəyiriksə və onun haqqını əda etmək istəyiriksə, əvvəl həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bizim boynumuzda olan haqqını tanımalıyıq.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) biz insanlar üçün hansı nemətləri gətiribdir? Onun gətirdiyi nemətləri nə saymaq mümkündür, nə də dəyərləndirmək. Fəqət bir ayənin qısa tərcüməsi kifayət edər, Qurani-Kərim buyurur:
لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ
“Şübhəsiz ki, Allah-taala möminlərə minnət qoydu, o zaman ki, onlara özlərindən bir Peyğəmbər göndərdi..."
bütün bəşəriyyət həzrət Peyğəmbərə mədyun və borcludur, Peyğəmbər isə buyurur: “Mən də Xədicəi-Kubranın nemətlərinə mədyunam”, Allahu Əkbər. Ummu Sələmə nəql edir ki, həzrət Zəhranın (əleyhasəlam) (bizim dilimizcə) toy gecəsində Peyğəmbərin evində şənlik keçirdi, Peyğəmbərin hüzuruna gəlib dedik:
“Ey Rəsuləllah! Ata-analarımız sənə fəda olsun! Xanım Xədicənin yeri boşdur, əziz qızının şadlıq mərasimini görsəydi, çox şad olardı... Xədicəi-Kubranın adın eşitcək:
“فلمّا ذكرنا خديجة بكی النبی ثم قال خديجة و اينَ مثلُ خديجة”
“Peyğəmbərin gözləri yaşardı, buyurdu: Xədicə! Kim Xədicə kimi ola bilər?..
Sonra buyurdu: “Camaat məni təkzib etdikdə Xədicə mənə iman gətirdi; Allah dininin möhkəmlənməsində mənə kömək oldu; bütün malını bu yolda əta etdi; Allah mənə əmr etdi ki, Beheştdə Xədicəyə xüsusi bir mənzil bəşarət verim...
İlahi bizi həzrət Xədicəi-Kubranın İslama bəxş etdiyi xidmətlərinə və nemətlərinə şükür edənlərdən say; bizə Peyğəmbər və onun Əhli-beytini sevib, yollarını davam etdirməyi nəsib et; Pərvərdigara cəhalət və nadanlıq bataqlığında hələ də çırpınan müsəlmanlara Peyğəmbəri və onun Əhli-beytini tanımaqda kömək ol; həzrət Xədicənin sonuncu övladı həzrət Sahibəz-Zamanın zühurunu tezləşdir, Amin, ya Rəbbil aləmin!
[1] Əl-Xisal, cild-1, səh. 205; Durrul-Mənsur, 8/229