Həzrət Ayətullah Fazil Lənkəraninin şiələrin edamına nifrət hissi

24 November 2024

15:04

۳۳۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) Ərəbistanda bir qrup şiənin edam edilməsinə nifrət və qəzəb hissi bildirməsi

آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) Ərəbistanda bir qrup şiənin edam edilməsinə nifrət və qəzəb hissi bildirməsi

Ərəbistanda baş vermiş bu dəhşətli cinayət xəbəri olduqca təsirləndiricidir və bu xəbərdən hamımızın qəlbi yaralandı və əzdar oldu.

Bir gün içində dəyərli insanlardan bir çox fikir və elm əhli və qeyri elm şəxsiyyətlərin boynunu vurdular. Deyilən xəbərlərə əsasən, onların arasında bəzilərinin tutulub dustaq edilərkən həddi-büluğa çatmayan cavanlar da varmış. Amma edam edilərkən həddi-büluğ yaşına çatmışlar.

 İnsan bu dəhşətli hadisə barəsində fikirləşdikdə bu işi törədənlərin nə qədər daş qəlbli olmasından çox təəccüblənir ki, görəsən bu cinayəti hansı hədəflə edirlər? Ərəbistanda olan bir çox əziz şiələrin boynunu vururlar. Daha pis odur ki, bunları himayə edənlər də bu haqda heç bir söz demirlər.

Əlbəttə, tarix boyu Ali Səud xanədanı belə çirkin cinayətlərə mürtəkib olmuş və nəngin tarixi həyatlarıqətl-qarətlə dolu və bu kimi məsələlər və bu son baş vermiş təəssüfləndirici hadisə ilə məşhundur.

Əvvələn, bizim hamımıza dərs olmalı məsələ budur ki, mən bu şəhidlərin birinin edam edilməmişdən bir neçə gün qabaq öz ailəsi ilə danışdığı səsini dinlədim. O cavan öz ailəsinə ürək-dirək verirdi ki, narahat olmayın, mənim başımı ayırmaq istədikdə mən imam Huseyn əleyhissəlamı düşünəcəm.

Bu necə iman və əqidədir? Din yolunda belə istiqamət və etiqadat gərək bizim üçün dərs olsun. Bizdə məsuliyyət hissi doğursun.

 Bir cavanın cavanlıq dövrünün gözəl çağında əsas ülgüsü imam Huseyn əleyhissəlamdır və səsində heç bir iztirab duyulmayan aram bir halda öz ailə üzvlərinə ürək-dirək verir.

Bu azad insanlara demək lazımdır ki, «هنیئاً لکم الشهادة» -bu şəhadət sizə mübarək olsun. Bu, Allahın sizin üçün müəyyən etdiyi necə də gözəl ruzidir. Bu şəhidlər gərək bizim üçün və bütün şiələr və müsəlmanlar üçün ülgü və nümunə olmalıdırlar və olacaqlar da!

Onların hörmətli və kəramətli ailə üzvlərinə Allah-taaladan səbir və əcr diləyirik. 

Əhsa və Qətifdə bu əzizlərin cənazələri ilə vidalaşma mərasimi, xalqın nalə və fəryadları göstərir ki, müsibət çox böyük müsibətdir. Bir gündə 41 nəfər şiəni və mömin cavanları bu tərzdə boynunu vuralar. Bu başı uca insanlar ailə üzləri və şiə aləmi üçün iftixar edilməlidirlər. 

İkinci məsələ budur ki, Ərəbistan hökuməti bu cinayətlə öz zavalını və məhvini tezləşdirir, bunda heç bir şübhə yoxdur. Anlar təsəvvür edirlər ki, bu cinayətlə öz hökumətlərini möhkəmlədirlər. Amma bu pak qanların yerə tökülməsi tezliklə Ali Səudun sonuna və məhvinə səbəb olacaqdır. Bu Allah-taalanın haqq vədəsi və Pərvərdigarın qəti sünnəsidir.

Üçüncü məsələ budur ki, həm Ərəbistan şiələri, həm də  dünyanın müxtəlif yerlərində yaşayan şiə və azadxah insanlar gərək beynəlmiləli təşkilatlara və mərkəzlərə təzyiq göstərsinlər. Bir hökumətin pul və nefti olduğu üçün hər bir cinayəti edə bilməz! Tarixdə hansı hakimin “mişar” ləqəbi ilə məşhur olmasını tanıyırsız? Bu gün bu ünvan və ləqəb Ərəbistan hakiminə verilibdir ki, mişarla insanları tikə-tikə edir. Nə üçün dünya öz insani vəzifəsinə əməl etmir? Mümkündür çox süst və müxtəsər bəyaniyyələr versinlər.

Əgər İranda bir gün bir casusu zindani etsələr, dünyanın yüzlərlə mərkəzində fəryad çəkirlər. Əlbəttə, əgər səbəbsiz zindana aparılsa, fəryadları ucalmalıdır. Ancaq onların fəryadı yox, əslində ona diqqətli olanların hamısının fəryadı qalxmalıdır. Amma belə bir cinayət baş verir və o şəxsi Türkiyədə öz səfirliklərində mişarla tikələyirlər və bunun sənədi və sübutu Amerika hökumətinə və başqalarına aydındır. Neçə illərdir ki, Yəməni vəhşicəsinə bombalayırlar, amma heç bir əksül-əməl göstərilmir.

Bütün bunlar imam Xomeyninin (allah ondan razı olsun) buyurduğu cümlənin nə qədər düz olduğunu göstərir ki, buyurur? Beynəlmiləli mərkəzlərə və bəşər hüquqlarına ürək bağlamayın, onlar yalar deyirlər.

Xalqın qüdrəti günü-gündən artmalıdır və arzu edirik Ərəbistan xalqının qüdrəti, istər şiə, istərsə də sünni olsunlar, gün-gündən artsın və tezliklə Ərəbistanın cinayətkar və zalım hakimlərinin mühakimə olunub cəzalanmasının şahidi olaq. Onların şərri İslam dünyasından uzaqlaşdırılsın, xüsusən də Vəhyin nazil olduğu Məkkə və Mədinədən tezliklə götürülsin.

Bu gün Qum elmi hövzəsində bu cinayəti törədənlərə qarşı toplanış olacaq, nifrət və qəzəb hisslərini bildirəcəklər. İnşa Allah orada hazır olub və vəzifəmizə əməl edin. Ümid edirik hər nə qədər tez mümkündürsə, imam Zamanın (əleyhissəlam) zühuru ilə belə cinayətlər və diktatorluqlar o Həzrətin mübarək əlləri ilə aradan getsin. 

والسلام علیکم ورحمة الله وبرکاته

2022/03/14



Etiketlər :

Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) Ərəbistanda bir qrup şiənin edam edilməsinə nifrət və qəzəb hissi bildirməsi