Ramazan ayının on beşinci gününün duasının qısa izahı

24 November 2024

15:35

۲۵۷

Xəbərin xülasəsi :
İlahi! Bu gün Sənə müti olub xüşu ilə ibadət edənlərin itaətini mənə nəsib et, təvazökar və tövbə edən bəndələrin kimi qəlbimi genişləndir, Öz aman verməyinlə, ey ürəkləri qorxanlara aman verən!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının on beşinci gününün duasının qısa izahı 

اللَّهُمَّ ارْزُقْنِي فِيهِ طَاعَةَ الْخَاشِعِينَ وَ اشْرَحْ فِيهِ صَدْرِي بِاِنَابَةِ الْمُخْبِتِينَ بِأَمَانِكَ يَا أَمَانَ الْخَائِفِينَ

Əllahummərzuqni fihi taə­təl xaşiin, vəşrəh fi­hi sədri biina­­­til mux­bitin, biəmani­kə ya əmanəl xaifin.
“İlahi! Bu gün Sənə müti olub xüşu ilə ibadət edənlərin itaətini mənə nəsib et, təvazökar və tövbə edən bəndələrin kimi qəlbimi genişləndir, Öz aman verməyinlə, ey ürəkləri qorxanlara aman verən!”

Duada gələn əsas kəlmə və ifadələr:

İbadətdə xüşu; Qəlbin genişliyi; Muxbitin (mütəvaze); Allah xofu.

Duanın sifariş və peyğamları:

1-Xüşu elə bir halətə deyilir ki, sanki zəhimli sultanın müqabilində durub bütün fikrini və diqqətini ona yönəldibsən; (Əl-Mizan, cild-2, səh. 11)

Qurani-Kərim möminin xüsusiyyətlərində birini xüşu tanıtdırır; (Muminun surəsi, ayə 1 və 29)

2-Müsibətlər və çətinliklər müqabilində səbirli və dözümlü olmaq geniş qəlbli olmaq nişanələrindən biridir;

 Qurani-Kərim geniş qəlbli olmağı Peyğəmbərə (sallallahu əleyhi və alih) əta edilən böyük nemət kimi tanıtdırır; (İnşirah surəsi, ayə 1)

3-Muxbitin, mütəvaze mənasınadır;

 Həzrət imam Həsən Əskəri (əleyhissəlam) buyurur: “Təvazö” elə bir İlahi nemətdir ki, başqalarının həsadət etməsinə səbəb olmaz; (Tuhəful-uqul, səh. 363)

4-Həzrət imam Sadiq əleyhissəlam buyurub: Hər kimin qəlbində Allah xofu olsa, Onun itaətində qüsura yol verməz; (Mustədrəkul-vəsail, cild-11, səh. 228)

5-İnsanın yəqini hər nə qədər Qiyamət və cəza gününə nisbət möhkəmlənsə, qəlbində günah xofu artacaqdır.

İlahi! Möminlərə xüzu və xüşu ilə taət və ibadət nəsib et; onlara müsibətlər müqabilində səbirli və dözümlü olmaqda tövfiq vet; qəlblərini genişləndir və Allah xofunu onda möhkəmləndir, Amin, ya Rəbbil aləmin!




Etiketlər :

Ramazan ayının on beşinci gününün duasının qısa izahı