Ramazan ayının on altıncı gününün duasının qısa izahı

04 July 2024

04:53

۲۳۳

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni yaxşı və layiqli insanlarla müvafiq olub dostluq etməyə müvəffəq et və pis insanlardan uzaqlaşdır, Öz rəhmətinlə məni əbədi məkan olan Behiştdə sakin et, Səni İlahiyyətin və məbudluğuna and verirəm, ey aləmlərin Rəbbi!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının on altıncı gününün duasının qısa izahı 

اللَّهُمَّ وَفِّقْنِي فِيهِ لِمُوَافَقَةِ الْأَبْرَارِ وَ جَنِّبْنِي فِيهِ مُرَافَقَةَ الْأَشْرَارِ وَ آوِنِي فِيهِ بِرَحْمَتِكَ إِلَى [فِي]‏ دَارِ الْقَرَارِ بِإِلَهِيَّتِكَ يَا إِلَهَ الْعَالَمِينَ

Əllahummə vəffiqni fi­hi li­mu­vafəqətil əbrar və cənnibni fihi mura­fəqətəl əşrar və avini fihi bi­rəh­mətikə ila (fi) daril qərar, biilahiyyətikə ya ilahəl aləmin.

İlahi! Bu gün məni yaxşı və layiqli insanlarla müvafiq olub dostluq etməyə müvəffəq et pis insanlardan uzaqlaşdır, Öz rəhmətinlə məni əbədi məkan olan Behiştdə sakin et, Səni İlahiyyətin və məbudluğuna and verirəm, ey aləmlərin Rəbbi!”

Duada işlədilən əsas kəlmə və ifadələr:

Yaxşı insanlarla müvafiq olmaq; Pis insanlarla rəfaqətdən uzaqlaşmaq; Darul-Qarar (Beheşt); Uluhiyyət və Məbudluq.

Duanın möminlərə tövsiyə və peyğamları:

1-Yaxşı və layiqli insanların (əbrar) Qurani-Kərimdə xüsusiyyətləri belə qeyd olunub: İman, bəxşiş, namazı bərpa etmək, zəkat vermək, əhdə vəfalı olmaq, səbir, sədaqət, təqva; (Bəqərə surəsi, ayə 177)

Layiqli insanların həqiqi və aydın nümunəsiƏhli-Beyt əleyhimussəlamdır. Qurani-Kərimdə hər yerdə əbrar və layiqli insanlardan ad aparılırsa, məqsəd ilk növbədə Əhli-Beyt əleyhimussəlamdır; (Nurus-səqələyin, cild-5, səh. 532)

2-Həzrət Əli əleyhissəlam: “Şər və pis insanlarla dostluq etmək yaxşı insanlara qarşı sui-zənn və bədgümanlıq icad edir.” (Durərul-hikəm, səh. 138) 

3-Behiştin ləqəblərindən biri “Darul-qarar”dır, çünki bu dünya əməl yeri, Axirət isə istiqrar və cəza verilən məhəldir; (Buharul-Ənvar, cild- 74, səh. 352)

4-Uluhiyyət (İlahi olmaq) ancaq və ancaq Allah-taalaya aiddir, ona görə ki, məbud və pərəstiş olunmağa, yalnız O layiqdir.

Pərvərdigara! Möminləri yaxşılar və əbrarla məhşur et; şər və pis insanların möminlərə yol tapıb onların imanlarını zəiflətmələrinə imkan vermə; möminlərə layiqli və ləzzətli ibadət etməkdə nüsrət göstər; Amin, ya Rəbbil aləmin!

 

Etiketlər :

Ramazan ayının on altıncı gününün duasının qısa izahı