Ramazan ayının on səkkizinci gününün duasının qısa şərhi
24 November 2024
13:58
۲۵۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on səkkizinci gününün duasının qısa şərhi
اللَّهُمَّ نَبِّهْنِي فِيهِ لِبَرَكَاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِيهِ قَلْبِي بِضِيَاءِ أَنْوَارِهِ وَ خُذْ بِكُلِّ أَعْضَائِي إِلَى اتِّبَاعِ آثَارِهِ بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ
“İlahi! Bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni ayılt və agah et; Bu gün Ramazan ayının nurları ilə qəlbimi işıqlandır; Mənim bütün bədən üzvlərimi bu ayın bərəkət və əsərlərinə təslim et; (bütün fikrim və əməlim bu ayın əməllərinə məşğul olsun) Öz camalının nuru ilə! Ey ariflərin qəlblərini nurlandıran!”
Duanın əsas kəlmə və ifadələri:
Səhərin ayıqlığı; Qəlbin nuraniyyəti; Bədən üzvlərinin təslim və məşğul olması; İlahi nur.
Duanın möminlərə sifariş və tövsiyələri:
1-Əmirəl-möminin (əleyhissəlam) buyurur: “Səhər çağı istiğfar etməyin ardınca Allah-taalanin və mələklərin salam və alqışları gəlir”; (Mən la yəhzuruhul fəqih, cild-2, səh. 37)
2-Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih): “Gecə yarısının munacat və duası qəlbi nuraniləşdirir.” (Mizanul-hikmət, cild-5, səh. 419)
Hafiz deyir: Ey ürək! Yan! Çünki sənin yanğın bir sıra işlərə nail olur;
Gecə yarısının duası yüz bəlanı aradan aparır.
3-Əgər bədən üzvləri Allahın hökmünə və qüdrətinə tam təslim olsa, Allah-taalaya müti olacaqdır;
Günahın çirkinliyi ilə dolu olan qəlb sərt və rəhimsiz olur və artıq haqqı və hidayət nurunu qəbul edə bilmir. (Təfsir Nümunə, cild-19, səh. 425)
4-Əhli-Beyt (əleyhimussəlam) imamlarının nuru Allah nurudur;
Həzrət imam “Baqir əleyhissəlam: Möminlərin qəlbində İmamın nuru gündüz çağı günəş işığından daha nurludur.” (Əl-Kafi, cild-1, səh. 194)
İlahi! Ramazan ayının səhər mehinin bərəkətindən möminləri bəhrələndir; Bütün bədən üzvlərimizi şəriət müqabilində təslim et; İlahi hökmləri yerinə yetirməklə möminlərin qəlblərinə nuraniyyət bəxş et; Onların qəlblərini Quran və Məsumların (əleyhimussəlam) nuru ilə işıqlandır, Amin! Ya Rabbil aləmin!