Ramazan ayının on doqquzuncu gününün duasının qısa şərhi
24 November 2024
14:10
۲۲۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on doqquzuncu gününün duasının qısa şərhi
اللَّهُمَّ وَفِّرْ فِيهِ حَظِّي مِنْ بَرَكَاتِهِ وَ سَهِّلْ
سَبِيلِي إِلَى خَيْرَاتِهِ وَ لا تَحْرِمْنِي قَبُولَ حَسَنَاتِهِ يَا هَادِيا
إِلَى الْحَقِّ الْمُبِينِ
“İlahi! Ramazan ayının bərəkətlərindən məni çox bəhrələndir, bu ayın xeyirli əməllərinin yolunu mənim üçün asanlaşdır, bu ayın məqbul həsənatından və qəbul olunmuş yaxşı əməllərindən məni məhrum etmə; Ey haqq dinə və aydın həqiqətə hidayət edən!”
Duada işlədilən əsas kəlmə və ifadələr:
Bərəkətlər; Xetrat və yaxşılıqlar; Həsənatın qəbulu; Hidayət.
Duanın möminlərə tövsiyə və peyğamları:
1-Həzrət imam Sadiq əleyhissəlam: “Heç bir sərvətin bərəkəti ağıl qədər yoxdur və heç bir yoxsulluq və fəqirlik həmaqət və ağılsızlıq qədər olmaz.” (Əl-Hədis, Məhəmmədtəqi Fəlsəfi, cild-1, səh. 382)
2-İsraf etmək, malın bərəkətini aradan aparır və fəqirliyə çatdırır; (Tuhəful uqul (tərcüməsi), səh. 127)
3-Ramazan ayının bərəkətinə Allah-taala tövbə edənlərin günahlarını çox bağışlayır və bu ayda günahların yandırılması üçün adına raməzan deyilibdir; (Mustədrəkul-Vəsail, cild-7, səh. 484)
4-İmam Sadiq əleyhissəlam: “Hər kəs Allahdan xeyir diləsə və Allahın təyin etdiyi müqəddərata razı olsa, şübhəsiz Allah-taala ona xeyir-bərəkət verəcəkdir;” Tuhəful-uqul, səh. 8)
5-Bəzi günahlar əməllərin allah dərgahında qəbul olunmamasına səbəbdir; Məs, şərab içmək, necə ki, qırx gün namazın qəbul olmasının qarşısın alır;
Həzrət Əmirəl-möminin əleyhissəlam: “Əməlin ğzündən çox onun qəbul olmasına diqqətli olun;
6-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih): “Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm ki, onlara itaət etməklə heç zaman yol azğınlığına mübtəla olmayasız: Qurani-Kərim və mənim Əhli-Beytim (əleyhimussəlam).
İlahi! Möminləri Quran və Əhli-Beytə itaət edənlər sırasına yaz və bu iki dəyərli əmanətin xeyir-bərəkətin bol-bol onların üzərinə yağdır, Amin! Ya Rabbil aləmin!