Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi
24 November 2024
14:21
۲۶۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi
اللَّهُمَّ اغْسِلْنِي فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِي فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِي فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ
Əllahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəqvəl qulub, ya muqilə əsəratil muznibin.
“İlahi! Bu əziz gündə mənim günahlarımı yu, mənim nöqsan və eyiblərimi təmizlə, qəlbimi imtahanla müttəqilərin qəlblərinin rütbəsinə alışdır; Ey günahkarların xatalarının üzrünü qəbul edən!”Duada işlənən kəlmə və ifadələr:
Günahların yuyulması; Eyiblərdən pak olmaq; İlahi imtahan; Xətaların üzrünü qəbul edən.
Duanın sifariş və peyğamları:
1-Allah dərgahında tövbə və səhvinə iqrar etmək günahın çirkinliyini yuyur və tövbə edəni paklayır; (İrşadul-qulub, cild-1, səh. 180)
2-Həqiqi tövbə, ciddi peşmanlıq, birdəfəlik günahı tərk etmək əzmi, həqqunnası və həqqullahı ödəmək qərarı ilə bərabər olmalıdır.3-Peyğəmbər-Əkrəm (sallallahu əleyhi və alih) başqalarını danlayıb təhqir etməklə öz eyiblərini yuyub təmizləmək istəyən şəxsi belə əməldən ciddiyyətlə çəkindirmişdir; (Biharul-Ənvar, cild-67, səh. 253)
4-Allah-taala müqəddəs Quranda İlahi imtahanlardan məqsəd yaxşıların pislərdən ayrılması və tanınması olduğunu bildirir; (Mulk surəsi, ayə 2; Ali-İmran surəsi, ayə 154)
5-Çox təəccübləndiricidir ki, tövbənin olması ilə bərabər bəziləri Allahın rəhmətindən naümid olurlar.
6-Qurani-Kərim: Bilmirsinizmi, bəndələrin tövbələrini qəbul edən ancaq Allah-taaladır. (Tövbə surəsi, ayə 104)
İlahi! Bu əziz və əzəmətli gecədə möminlərin günahların bağışla, onları Qədr gecəsinin maarifindən agah et, onlara Öz müttəqi bəndələrinin sırasında yer ver, onların maddi və mənəvi istəklərini müstəcab et, hörmətli ailələri ilə birgə onlara səadətli həyat nəsib et, Quran və Əhli-Beyt nurunu qəlblərinə yağdır, onlara İmam zamanı sevindirən əməl sahibləri et və Həzrəti onlardan razı eylə, Amin, ya Rəbbil aləmin!