Ramazan ayının iyirmi beşinci gününün duasının qısa izahı

24 November 2024

12:16

۲۳۷

Xəbərin xülasəsi :
İlahi! Bu gün Sənin dostlarına məhəbbətli və düşmənlərinlə ədavətli olmağı və sonuncu Peyğəmbərinin şəriət və sünnətinə əməl etməyi mənə əta et; Ey peyğəmbərlərin qəlbinə ismət bəxş edən!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi beşinci gününün duasının qısa izahı

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مُحِبّا لِأَوْلِيَائِكَ وَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَنّا بِسُنَّةِ خَاتَمِ أَنْبِيَائِكَ يَا عَاصِمَ قُلُوبِ النَّبِيِّين

Əllahumməc`əlni fihi mu­hib­bən liəvliyaikə və mua­diy­yən liə`daikə, mustən­nən bisun­nəti Xatəmi ənbi­yaikə, ya asimə qulubin nə­biyyin.

İlahi! Bu gün Sənin dostlarına məhəbbətli və düşmənlərinlə ədavətli olmağı və sonuncu Peyğəmbərinin  şəriət və sünnətinə əməl etməyi mənə əta et; Ey peyğəmbərlərin qəlbinə ismət bəxş edən!

Duada işlədilən kəlmə və ifadələr:

Övliya ilə dostluq; Allah düşmənləri ilə düşmənlik; Peyğəmbərin sünnəsini (müstəhəbatı) davam etdirmək; Peyğəmbərlərin qəlbinə ismət bəxş edən.

Duanın möminlərə sifariş və peyğamları:

1-İmanın ən möhkəm dəstəyi Allahın dostlarını sevmək, düşmənlərindən bizar olmaqdır; (Biharul-Ənvar, cild-69, səh. 243)

2-Din maarifində möminin rəftarının naməsinin sərlövhəsi Əli ibn ƏbiTalib (əleyhissəlam) ilə dostluq və məhəbbət etmək tanıtdırılır; (Əl-Mənaqib, səh. 66)

3-Qurani-Kərim: Muhəmməd (sallallahu əleyhi və alih) Allahın peyğəmbəridir və onunla olanlar kafirlər ilə amansız, lakin bir-biri ilə mehribandırlar. (Fəth surəsi, ayə 29)

4-Qurani-Kərim: Peyğəmbərin (sallallahu əleyhi və alih) əmr buyurduğunu qəbul edin və çəkindirdiyi hər bir şeydən uzaq olun və çəkinin. (Həşr surəsi, ayə 7)

5-Peyğəmbərlərin məsum olmaları səbəbi onlarının imanının olduqca möhkəm olmasıdır, məhs o cəhətdən onlar Allahın qəzəbinə və həlakətə səbəb olan günahın həqiqətini görmüşlər.

İlahi! Bu əziz və əzəmətli günlərdə şəriətin “təvəlli və təbərri” hökmünə möminlərin tam əməl etmələrində onlara kömək ol, Peyğəmbərin (sallallahu əleyhi və alih) həqiqi sünnəsinə vəfadar olub onları yerinə yetirməkdə möminləri müvəffəq et, Amin, ya Rabbil aləmin!


Etiketlər :

Ramazan ayının iyirmi beşinci gününün duasının qısa izahı