Ramazan ayının iyirmi altıncı gününün duasının qısa izahı

24 November 2024

11:49

۲۴۷

Xəbərin xülasəsi :
İlahi! Bu gün mənim səyimi bəyənilmiş (təşəkkür edilmiş), günahımı bağışlanmış, əməlimi məqbul və eybimi örtülmüş qərar ver; Ey eşidənlərin ən yaxşı eşidəni!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi altıncı gününün duasının qısa izahı

اللَّهُمَّ اجْعَلْ سَعْيِي فِيهِ مَشْكُورا وَ ذَنْبِي فِيهِ مَغْفُورا وَ عَمَلِي فِيهِ مَقْبُولا وَ عَيْبِي فِيهِ مَسْتُورا يَا أَسْمَعَ السَّامِعِينَ

Əllahumməc`əl sə`yi fi­hi məş­kurən və zənbi fihi məğ­furən və əməli fihi məq­bulən və əybi fihi məs­turən, ya əsməəs samiin.

İlahi! Bu gün mənim səyimi bəyənilmiş (təşəkkür edilmiş), günahımı bağışlanmış, əməlimi məqbul və eybimi örtülmüş qərar ver; Ey eşidənlərin ən yaxşı eşidəni!

Duada işlənən əsas kəlmə və ifadələr:

Bəyənilən səy; Günahların bağışlanması; Əməllərin qəbulu; Eyiblərin örtülməsi; Xalqın səsini ən yaxşı eşidən.

Duanın möminlərə tövsiyə və sifarişləri:

1-Çalışıb səy etməyin Allah tərəfindən (təşəkkür edilməsinin) bəyənilməsinin mənası həmin əməli mükafatlandırmaq deməkdir.

2-Həzrət Seyyiduş-şuhəda (əleyhissəlam) Ərəfat səhrasında Allah-taalaya belə ərz edir: İlahi! Hər zaman Sənə itaət etdimsə, mənə təşəkkür edib səyimi qiymətləndirdin; (Məfatihulşcinan, Ərəfə duası)

3-Qurani-Məcid: Tövbə edən, iman gətirən və saleh əməl yerinə yetirən insana qarşı Mənim bağışlayıb bəxşiş etməyim, olduqca çoxdur; (Taha surəsi, ayə 82)

4-Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) oruc tutanların əməllərini ramazan ayında təzmin etmişdir ki, Allah-taalanın dərgahında qəbul olunacaq; (Vəsailuş-şiə, cild-10, səh. 314)

5- Əmirəl-möminin (əleyhissəlam): Camaatın eyiblərini mümkün qədər örtülü saxla, necə ki, sənin eyiblərinin camaat yanında örtülü qalmasını Allahdan istəyirsən; (Nəhcul-bəlağə, xütbə 145)

6-Allah-taalanın görüb eştməsindən məqsəd, görülən və eşidilən məsələlərin Allah elmində hazır olması deməkdir. (Ayətullah Məkarim Şirazinin rəsmi saytı).

İlahi! Möminllərin günahların bağışla və onlara Sənin razılığına səbəb olan əməllər üçün çalışmaq və səy etmək əzmi ver; bu mübarək ayda möminlərin əməllərini məqbul olunmuş əməllərdən qərar ver, Amin ya Rabbil aləmin!


Etiketlər :

Ramazan ayının iyirmi altıncı gününün duasının qısa izahı