Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri
24 November 2024
12:06
۲۵۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri
Ramazan ayının iyirmi yeddinci gecəsi fəzilətli gecələrdən sayılır. Məsumlardan yetişən hədislərə əsasən, bu gecədə xüsusi əməllər zikr edilmişdir, o cümlədən:
1.Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin (əleyhissəlam) bu gecədə aşağıdakı duanı çox oxuyardı:
اللَّهُمَّ ارْزُقْنِي التَّجَافِيَ عَنْ دَارِ الْغُرُورِ وَ الْاِنَّابَةَ إِلَى دَارِ الْخُلُودِ وَ الاسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُولِ الْفَوْتِ
“Əllahummərzuqnit təcafiyə ən daril ğurur, vəl inabətə ila daril xulud, vəl isti`dadə lil məvti qəblə hululil fəvt.”
“İlahi! Fani qürur evindən (bu dünyadan) uzaqlaşmağı və əbədi evə qayıtmağı, eləcə də ölüm vaxtı çatmazdan ölümə hazır olmağı mənə nəsib et!”
2. Gecəni oyaq olmaq (Ehya saxlamaq);
3. Həzrət Hüseynin (əleyhissəlam) ziyarəti;
4. Altı rəkət namaz (iki rəkət, iki rəkət);
5. Otuz rəkət namaz. Hər rəkətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı mərhum İbni Tavus həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çoxlu fəzilətlə nəql edib;
6. On iki rəkət (iki-iki) namaz. Hər rəkətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:
اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا
“Əllahu Əllahu Rabbi la uşriku bihi şəy`ən və la əttəxizu min dunihi vəliyya.”
“Allah mənim Rəbbimdir; mən ona heç bir şeyi şərik qoşmuram və Ondan başqasını özümə himayədar seçmərəm.”
Sonra ürəyin istəyən duanı et. Bu namazı mərhum Seyid həzrət Sadiqdən (əleyhissəlam) nəql etmişdir.
Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin əməlləri.