Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı

24 November 2024

11:51

۳۶۹

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni müstəhəb və nafilə əməlləri geniş şəkildə yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə mənə kərəm et, Sənə yaxın edən vasitələrin daha yaxınını mənə inayət et; Ey istəyi olanların israrı və çox təmənnası onu haqdan geri qoymayan Allah!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı

اللَّهُمَّ وَفِّرْ حَظِّي فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِي فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِي إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ

Əllahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril məsaili və qərrib fihi vəsiləti iləykə min bəynil vəsaili, ya mən la yəşğəluhu ilhahul mulihhin.

İlahi! Bu gün məni müstəhəb və nafilə əməlləri geniş şəkildə yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə mənə kərəm et, Sənə yaxın edən vasitələrin daha yaxınını mənə inayət et; Ey istəyi olanların israrı və çox təmənna onu haqdan geri qoymayan Allah!

Duanın əsas kəlmələri və ifadələri:

Nafilələr və müstəhəbbat; arzuların yerinə yetməsi; İlahi dərgaha yaxınlaşmaq; hacəti olanların çoxlu istəyi Onu yormaz.

Duanın möminlərə tövsiyə və sifarişləri:

1-Vacib həddiqə çatmayan hər bir gözəl və layiqli əməl müstəhəb sayılır;

2-Müstəhəb əməlləri yerinə yetirilməsinə əhəmiyyətlə yanaşmaq Əhli-Beyt əleyhimussəlam tərəfindən çox təkid edilmişdir; (Mən lə yəhzuruhul fəqih, gecə namazı fəsli, səh. 325)

3-Allahdan istəyirik ki, bizim istəklərimizi yerinə yetirməklə bizə kərəm inayət etsin.

4-Vasitə və vəsilə dedikdə məqsəd, İlahi dərgaha yaxınlaşdıran bütün layiqli və xoş işləri əhatə edən geniş bir məfhuma şamil olur.

5-Əgər bütün aləm İlahi dərgaha üz tutsa və Onunla söhbət etsə belə, yenə də bütün bəndələrə diqqəti vardır.

İlahi! Möminlərə müstəhəb əməlləri yerinə yetirməkdə kömək ol, Sənin dərgahına yaxınlaşdıran vasitələrdən faydalanmaq üçün onlara müvəffəq et, Amin, ya Rabbil aləmin.


Etiketlər :

Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı