pic
pic

Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni Öz rəhmətinlə əhatə et, mənə tövfiq və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə; Ey mö­min bəndələrinə rəhm edən Allah!

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı

اللَّهُمَّ غَشِّنِي فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِي فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِي مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ الْمُؤْمِنِينَ

Əllahummə ğəşşini fihi bir-rəhməh, vərzuqni fihit-təvfiqə vəl isməh və təhhir qəlbi min ğəyahibit-tuhəməh, ya rəhimən bi­iba­dihil mu`minin.

İlahi! Bu gün məni Öz rəhmətinlə əhatə et, mənə tövfiq və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə; Ey mö­min bəndələrinə rəhm edən Allah!

Duada işlənən kəlmə və ifadələr:

İlahi rəhmətdə qərq olmaq; tövfiq və nailiyyət; töhmət; İlahi rəhmət və iman əhli.

Duanın möminlərə tövsiyə və peyğamları:

1-Allah-taalanın rəhmət və mərhəməti o qədər genişdir ki, bütün insanlara şamil olur. (Cövşən Kəbir duası)

2-Tövfiq (müvəffəqiyyət) dedikdə, məqsəd odur ki, Allahın insana bəndəlik və itaət etmək yolunda nəsib etdiyi müvəffəqiyyətdir.

3-Töhmət və böhtan insanın qəlbinin qaranlıqlaşmasına səbəb olur və oruc tutan şəxs Allahdan istəyir ki, onun qəlbini töhmət qaranlığından pak etsin.

4-Allahın ümumi və hamıya şamil etdiyi rəhmətindən fərqli olaraq, Onun xüsusi rəhməti ancaq möminlərə şamil olunur.

İlahi! Möminləri orucluğun sona yetdiyi bu günlərdə Öz xüsusi rəhmətindən bəhrələndir, Sənə layiqli ibadət etmələrində onlara təmiz və pak qəlb inayət buyur; Amin, ya Rabbil aləmin.