Ramazan ayının axırıncı gecəsinin əməlləri

24 November 2024

12:38

۲۵۷

Xəbərin xülasəsi :
İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam!

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının axırıncı gecəsinin əməlləri

Ramazan ayının son gecəsi və günü çox mübarəkdir və onda bir neçə əməl var:

1. Qüsl etmək.

2. İmam Hüseynin leyhissəlam) ziyarəti.

3. “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək.

4. Mərhum Kuleyninin həzrət İmam Sadiqdən leyhissəlam) nəql etdiyi bu duanı oxumaq:

اللَّهُمَّ هَذَا شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ قَدْ تَصَرَّمَ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ يَا رَبِّ أَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ أَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُرِيدُ أَنْ تُعَذِّبَنِي بِهِ يَوْمَ أَلْقَاكَ

Əllahummə hazə şəhru rə­məzanəlləzi ənzəltə fi­hil Qur`­an, və qəd təsərrəmə və əuzu bivəchikəl kərimi ya rəbbi, ən yətluəl fəcru min ləyləti hazihi, əv yətə­sərrəmə şəhru rəməzan, və ləkə qibəli təbiətun əv zən­bun turidu ən tuəzzibəni bihi yəv­mə əlqak.

İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam!

5. “Ya mudəbbirəl umuri...” duasını oxumaq (iyirmi üçüncü gecənin əməllərində keçdi).

6. Vida duaları ilə ramazan ayı ilə vidalaşmaq. Bu vidanı mərhum Kuleyni, Şeyx Səduq, Şeyx Müfid, Şeyx Tusi və Seyyid İbni Tavus nəql ediblər. Bəlkə bunların hamısından yaxşısı, “Səhifəyi Səccadiyyə”nin 45-ci duasıdır. Seyid İbni Tavus həzrət İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, hər kim ramazan ayının axırında bu ayla vidalaşmaq istəsə, belə desin:

اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِي لِشَهْرِ رَمَضَانَ وَ أَعُوذُ بِكَ أَنْ يَطْلُعَ فَجْرُ هَذِهِ اللَّيْلَةِ إِلا وَ قَدْ غَفَرْتَ لِي

Əllahummə la təc`əlhu axi­rəl əhdi min siyami lişəhri rə­­zan, və əuzu bikə ən yətluə fəc­ru hazi­hil ləyləh, illa və qəd ğəfər­tə li.

İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan.

Səhər açılmamış Allah taala onun günahlarını bağışlayar və ona tövbə, Allahla razü-niyaz eləməyi qismət edər. Mərhum Şeyx Səduq Cabir ibn Ənsaridən belə nəql edir: “Ramazan ayının axıncı cüməsi Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına getdim. Həzrət məni görcək belə buyurdu: “Bu ayın axırıncı cüməsidir, bu sözlərlə ayla vidalaş:

اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا إِيَّاهُ فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِي مَرْحُوما وَ لا تَجْعَلْنِي مَحْرُوما

Əllahummə la təc`əlhu axi­rəl əhdi min siyamina iyyah, fəin cəəltəhu fəc`əl­ni mərhu­mən və la təc`əlni məhruma.

İlahi, bunu bizim tutduğumuz orucların axırıncısı qərar vermə və əgər qərar verəcəksənsə, onda, məni bağışlanmışlardan (rəhmətinə şamil olanlardan) qərar ver və məhrum olanlardan qərar vermə!

Hər kim bu duanı belə bir gündə oxusa, bu iki şeydən birinə nail olar; ya gələn ramazan ayına yetişər, ya da günahları pak olub, Allahın hədsiz hədsiz rəhmətinə nail olar. Mərhum Seyid ibn Tavus və Kəfəmi Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğunu nəql edirlər: “Hər kim bu ayın axırıncı gecəsi on rükət iki rükətli; hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxuya, səcdə və rükularda on dəfə:

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

Subhanəllahi vəlhəmdu lil­lahi və la ilahə illəl­lahu vəllahu əkbər.

Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd yalnız Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür.

- deyə, on rükəti bitirdikdən sonra, min dəfə istiğfar (“Əstəğfirullah” demək) eləsə, istiğfar etdikdən sonra səcdəyə gedib səcdədə bu sözləri desə:

يَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا رَحْمَانَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ رَحِيمَهُمَا يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا إِلَهَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ اغْفِرْ لَنَا ذُنُوبَنَا وَ تَقَبَّلْ مِنَّا صَلاتَنَا وَ صِيَامَنَا وَ قِيَامَنَا

Ya həyyu ya qəyyum, ya zəl cəlali vəl ikram, ya rəh­manəd dunya vəl axirəti və rəhi­­huma, ya ərhəmər ra­hi­min, ya ilahəl əvvəlinə vəl axirin, iğfir ləna zu­nu­bəna və təqəbbəl min­na sə­la­təna və siyaməna və qiya­məna.

Ey diri, ey əbədi, calal və ikram sahibi, dünya və axirətdə bağışlayan və mehriban olan, ey mehribanların ən mehribanı, ey birinci və sonuncuların Rəbbi, bizim günahlarımızı bağışla, namaz, oruc və qiyamımızı (gecə ibadətlərimizi) qəbul et!

Məni peyğəmbərliyə seçən Allaha and olsun, Cəbrail İsrafildən, o da Allah taaladan bu xəbəri mənə verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah taala onun bütün günahları bağışlayar...”

Bu namaz Fitr bayramında da nəql olunubdur. Amma rükuda oxunan təsbihate ərbəə burada, “iğfir ləna zunubəna...iğfir li zunubi və təqəbbəl səvmi və səlati və qiyami.”
















Etiketlər :